· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

Peşə təhsili müəssisələrində çalışan müəllim və istehsalat təlimi ustaları üçün seminar keçirilib

 

 ölkəmizdə "Dünyaya baxış" humanitar təşkilatının dəstəyi ilə "Gənclərin məşğulluq şəbəkəsinin yaradılması" layihəsi həyata keçirilir. İyunun 1-dən fəaliyyətə başlayan layihənin əsas məqsədi gənclərin işsizlik problemini öyrənərək texniki peşə təhsili sahəsində müasir tələblərə cavab verən yeni dövlət standartları və tədris proqramlarının tərtib olunmasından ibarətdir. Layihənin peşə təhsilində islahatlar komponenti çərçivəsində Təhsil Nazirliyi tərəfindən əlaqələndirilməklə peşə məktəblərinin müəllimləri, yerli və beynəlxalq məsləhətçiləri əhatə edən işçi qrupu yaradılacaq. İşçi qrup tərəfindən texniki peşə təhsili sisteminin hazırkı vəziyyətinin araşdırılması, yaxın gələcəkdə bu sistemin məzmununun təkmilləşdirilməsi, peşə təhsilinin ictimai statusunun dəyişdirilməsi üçün konkret addımların atılması nəzərdə tutulub.

İyunun 5-də Təhsil Nazirliyi "Dünyaya baxış" humanitar təşkilatı ilə birlikdə Y.Rüstəmov adına 16 nömrəli  Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbində   "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın tələblərinə uyğun olaraq texniki peşə təhsilinin məzmununun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun kurikulumların hazırlanması məqsədilə istehsalat təlimi ustaları və ixtisas fənn müəllimlərinin seminarı keçirilib.

Seminarda Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Elxan Cəfərov və "Dünyaya baxış" humanitar təşkilatının dəstəyi ilə "Gənclərin məşğulluq şəbəkəsinin yaradılması" layihəsinin rəhbəri Zülfiyyə Mustafayeva  movcud problemlər və onların həll edilməsi məqsədilə peşə kurikulumları hazırlayan işçi qruplarının yaradılması, onların vəzifələri, görəcəkləri işlərin istiqamətləri haqqında təqdimat ediblər.

Sonra peşə təhsilinin mövcud məqsədinə bir daha nəzər salınıb, geniş müzakirələr aparılıb. Təlim prosesinə yeni yanaşmaları müəyyənləşdirmək, şagirdin, məktəbin və cəmiyyətin ehtiyaclarına uyğun olan məsələləri öyrənmək, aşkar olunmuş problemlərin aradan qaldırılması istiqamətlərində işlərin aparılmasını davam etdirmək məqsədi ilə elektrik-qaz qaynaqçısı və təmirçi, çilingər-qaynaqçı peşələri üzrə işçi qrupları yaradılıb.

İşçi qruplarının məqsədyönlü fəaliyyəti üçün ayda iki dəfə görüşərək zəruri məsələlər haqqında müzakirələr aparmaq qərara alınıb.