|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Bakıda "Muğam aləmi" Beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib Martın
20-də Beynəlxalq Muğam Mərkəzində "Muğam
aləmi" Beynəlxalq festivalının rəsmi açılış
mərasimi olmuşdur. Azərbaycan
Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva
və qızı Leyla, YUNESKO-nun Baş direktoru Koişiro
Matsuura, habelə dünyanın 17 ölkəsindən festivala
gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak
etmişlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür.
|
Bakıda keçirilən Beynəlxalq muğam festivalı hələ uzun illər yaddaşlarda yaşayacaq Bir həftə ərzində Bakı
"Muğam aləmi" Beynəlxalq festivalına ev sahibliyi
etmişdir. Milli mədəniyyətimizin və xalq
sənətimizin qorunması və inkişafına yüksək
diqqət və qayğı göstərən Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə dünyanın
40-dan çox ölkəsinin muğam ifaçısı Beynəlxalq muğam
festivalında bir araya gəlmişdir. Martın 25-də
Heydər Əliyev Sarayında Beynəlxalq muğam festivalının
təntənəli bağlanış mərasiminə həsr
edilən konsert olmuşdur. İslam mədəniyyətinin paytaxtı
Bakı bir həftə ərzində "dunya
mədəniyyətinin şah əsəri" adlandırılan
muğamın məkanına çevrilmişdir. Martın 18-dən
25-dək Şərq dünyasının ən qiymətli incisi
sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini
bir daha Azərbaycana yönəltmişdir. Festival çərçivəsində
muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların
gözəl ifaları, beynəlxalq muğam müsabiqəsi
qaliblərinin unudulmaz çıxışları, məşhur
musiqiçilərin konsertləri qədim və həmişəyaşar
muğam sənətinin bütün zənginliyini nümayiş
etdirərək, festival proqramını həm rəngarəng,
həm də yaddaqalan etmişdir. Festivalın təntənəli bağlanış
mərasiminə həsr edilən konserti üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət simfonik orkestri açmışdır.
Orkestrin bədii rəhbəri Rauf Abdullayevin dirijorluğu
ilə Fikrət Əmirovun "Şur" simfonik muğamı
ifa olunmuşdur. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Mövlamova "Şur" təsnifini ifa etmişlər. Tamaşaçılar Azərbaycan musiqisinin ən gözəl incilərini dinləmişlər.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsil Nazirliyində Beynəlxalq Layihə Olimpiadası qalibləri ilə görüş keçirilib Aprelin
1-də Təhsil Nazirliyində "İNEPO-AVRASİYA"
Ətraf Mühitin Mühafizəsi III Beynəlxalq Layihə
Olimpiadası qalibləri ilə görüş keçirilib. Təhsil nazirinin müavini Elmar Qasımov görüşü giriş sözü ilə açaraq olimpiada iştirakçılarını salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, olimpiada ildən-ilə geniş miqyas alıb, olimpiadanın birinci ilində 17, daha sonra 30, bu il isə Türkiyə, ABŞ, Braziliya, Tayvan, Slovakiya, Vyetnam, Polşa, Albaniya və ümumilikdə 33 ölkədən olan nümayəndə iştirak üçün ölkəmizə gəlib. |
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü təhsil müəssisələrində qeyd olundu 31 Mart - Azərbaycanlıların Soyqırım
Günü ölkəmizin hər yerində olduğu kimi, təhsil
müəssisələrində də geniş qeyd edilib. Martın 31-də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə
həsr edilmiş anım mərasimi keçirildi. Toplantını giriş sözü ilə açan
BPKİYİ-nin tədris və elmi işlər üzrə
prorektoru, pedaqoji elmlər namizədi Mönsüm Alışov
ermənilər tərəfindən xalqımıza qarşı
1918-ci ilin martında törədilmiş soyqırımı
haqqında məlumat verdi. Həmin faciələrdə
misli görünməmiş qəddarlıqla qətlə
yetirilmiş soydaşlarımızın əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. |
Asəf
Zeynallı - 100 İlk professional təhsilli Azərbaycan bəstəkarı Azərbaycan klassik musiqisinin yaradıcılarından, öz xidmətləri ilə adlarını musiqi incəsənətimizin tarixinə əbədilik həkk etmiş sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də Asəf Zeynallı olur. İlk professional təhsilli Azərbaycan bəstəkarı, simfonik musiqimizin banisi, görkəmli pedaqoq, musiqi folklorumuzun toplayıcısı və tədqiqatçısı, xalq musiqimizin alovlu təbliğatçısı olan Asəf Zeynallı milli musiqimizin təşəkkülü və tərəqqisində misilsiz rol oynamışdır. |
British Council-in Azərbaycanda yeni layihəsi - 18 Müəllimlərin,
şagirdlərin və ingilis dilini öyrənənlərin
nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
|