|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
31
Mart - Azərbaycanlıların Soyqırımı Günü
31 Mart - Azərbaycanlıların Soyqırım
Günü ölkəmizin hər yerində olduğu kimi, təhsil
müəssisələrində də geniş qeyd edilib. Martın 31-də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə
həsr edilmiş anım mərasimi keçirildi. Toplantını giriş sözü ilə açan
BPKİYİ-nin tədris və elmi işlər üzrə
prorektoru, pedaqoji elmlər namizədi Mönsüm Alışov
ermənilər tərəfindən xalqımıza qarşı
1918-ci ilin martında törədilmiş soyqırımı
haqqında məlumat verdi. Həmin faciələrdə
misli görünməmiş qəddarlıqla qətlə
yetirilmiş soydaşlarımızın əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. çıxışına davam edən natiq
azərbaycanlıların soyqırımına ilk
dəfə siyasi qiymət verən ümummilli liderimiz
Heydər Əliyevin bu tarixi addımının
ədalətin üzə çıxarılmasına xidmət
etdiyini və bundan sonra dünya azərbaycanlılarının
sıx birləşərək həlli vacib problemlərin
aradan qaldırılmasına səy göstərəcəklərinə
bir təkan olduğunu qeyd etdi. Əsrlər boyu Azərbaycan xalqının
başına gətirilən müsibətlərdən söz açan
çıxışçı məlum hadisələrin kökünün
I Pyotrun tövsiyələri əsasında qoyulduğunu, bu
mənfur siyasətə qoşulan çar Nikolayın, Leninin,
mikoyanların, şaumyanların, aqambekyanların, qorbaçovların,
polyaniçkaların səyi azərbaycanlıları soyqırıma
məruz qoymaq, bir millət kimi məhv edib doğma
torpaqlarında vassalları olan erməniləri yerləşdirib
böyük ermənistan respublikası yaratmaq olduğunu
diqqətə çatdırmışdır. Natiq həmçinin
bildirmişdir ki, onların apardıqları mənfur
siyasət nəticəsində millətimiz daim təcavüzə
məruz qalmış, xüsusilə 1918-ci ilin martın
31-də erməni ordu birləşmələri
himayədarlarının köməyi ilə azərbaycanlılara
qarşı tarixdə misli görünməmiş soyqırımı
həyata keçirərək insanları vəhşiliklə
qətlə yetirmiş, Bakı, Şamaxı, Quba,
Gəncə, Lənkəran və bir sıra rayonlarda
qətlianlar törətmişlər. Mərasimdə 1988-ci ildə qərbi
azərbaycanlıların doğma yurd-yuvalarından qovulduğu,
1992-ci ilin fevralın 26-da Xocalı soyqırımının
həyata keçirildiyi, torpaqlarımızın 20 faizinin işğal
edildiyi, gəlin və qızlarımızın əsir alındığı,
bütün bunların erməni qəsbkarlarının alçaqlığı
və ikiüzlülüyü nəticəsində baş verdiyi bir
daha vurğulandı. Xalqımıza qarşı
yeridilən soyqırımı siyasəti
pislənilərək işğal altında qalan torpaqlarımızın
ulu öndər Heydər Əliyevin layiqli davamçısı
Prezident İlham Əliyevin qətiyyəti və səyi
nəticəsində geri alınacağına və müstəqil
Azərbaycan Respublikasının daha da inkişaf
edərək öz tərəqqi, çiçəkli dövrünü yaşayacağına
əminlik ifadə edildi. *** 31 Mart - Azərbaycanlıların Soyqırımı
Günü münasibətilə Naxçıvan özəl
Universitetində keçirilən konfransı giriş sözü
ilə universitetin tədris işləri üzrə prorektoru
İbrahim Kazımbəyli açaraq
xalqımızın ağrılı və acılı
mövzusu olan soyqırımından, onun ağır
nəticələrindən və onların dərk
edilməsi sayəsində həyata keçirilən və keçiriləcək
tədbirlərdən danışdı. Qeyd olundu ki, XX əsrin
əvvəllərindən başlayaraq istər İrəvan
quberniyasında, istərsə də Naxçıvan, Şərur-Dərələyəz
və Ordubad qəzalarında daşnak erməniləri
tərəfindən qanlı soyqırımı
siyasətinə dair Naxçıvan MR Dövlət Arxivində yüzlərlə
sənəd mühafizə olunur. Bu sənədlər
qərbi Azərbaycanda, həmçinin Naxçıvan bölgəsində
ermənilərin azərbaycanlılara qarşı
etdikləri vəhşilikləri, qırğınları,
dağıntıları, öz dədə-baba torpaqlarından
qovulan azərbaycanlıların aclıq və
xəstəliklərdən məhv olmalarını əks
etdirir. Humanitar fənlər kafedrasının
dosenti Elçin Zamanov "1948-1952-ci illər azərbaycanlıların
qərbi Azərbaycandan deportasiyası - ermənilərin
"Böyük Ermənistan" yaratmaq siyasətinin tərkib
hissəsidir", Naxçıvan özəl Universitetinin
tərbiyə işləri üzrə prorektoru Əli Yusifov
"Erməni daşnaklarının yeni iddiaları-köçürmə,
deportasiya soyqırımı 1988-1994-cü illər" mövzularında
məruzələr etdilər. Sonda soyqırımı qurbanlarının
xatirəsinə həsr olunmuş sərgiyə baxış
keçirildi. *** Bakıdakı 95 nömrəli orta
məktəbin direktoru
Tahir Süleymanov bildirdi ki,
məktəbdə 31 Mart Soyqırımı Gününə
həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə ilk öncə
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilib və
sonra 31 mart soyqırımı
şəhidlərinin xatirəsi
bir dəqiqəlik sükutla yad
edilib. *** 176 nömrəli orta
məktəbin direktor
müavini Palmira Nəbiyeva qeyd
etdi ki, 31 Mart soyqırımı gününə
aid bütün siniflərdə söhbətlər aparılmış,
bu mövzuda siniflər
üzrə inşa yazı müsabiqələri keçirilmiş
və soyqırımı abidəsinin önünə
şagirdlər çiçək dəstələri qoymuşlar. *** 261 nömrəli orta məktəbdə də 31 Mart - Soyqırımı Gününə
həsr olunmuş tədbir kçirilib . Məktəbin
direktoru Abuzər Əsədov
çıxışında 31 Mart soyqırımını
xalqımızın tarixinin qanlı səhifəsi adlandırıb və Azərbaycan xalqının
başına gələn bu
dəhşətlərin azğın ermənilər
tərəfindən dəfələrlə törədildiyini
qeyd edib. Məktəbdə soyqırımı gününü
əks etdirən divar qəzetləri buraxılıb,
siniflərdə söhbətlər aparılıb. *** Bakıdakı 178 nömrəli orta
məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı
Gününə həsr olunmuş tədbirdə
əvvəlcə Dövlət himni səsləndirildi və
ölkənin üçrəngli
bayrağı səhnəyə gətirildi. Məktəbin
direktoru Yusif Məmmədov
ermənilər tərəfindən
xalqımızın başına
gətirilən müsibətləri, vəhşilikləri
xronoloji ardıcıllıqla
qeyd etdi. Sonra məktəbin
müəllimi Xatirə Rüstəmova
1905-ci ildən başlayaraq bu günə kimi
azərbaycanlıların tarixi ərazilərində etnik
təmizləmə və soyqırımına məruz
qalması, daşnaqlar tərəfindən kütləvi
surətdə qətlə yetirilməsi haqqında
danışdı. Bildirildi
ki, Xocalı faciəsi müasir dövrün azərbaycanlılara
qarşı törədilmiş
ən dəhşətli soyqırımıdır.
Tədbir şagirdlərin ifasında
vətənpərvərlik şeirləri ilə başa
çatdı. *** Həmin gün Bakının 299 nömrəli
orta ümumtəhsil məktəbində də soyqırımı
qurbanlarının anım mərasimi keçirildi. Tədbirdə məktəbin direktoru
Solmaz Kazımova qeyd
etdi ki, bu gün bütün siniflərdə keçirilən
dərslərin ilk
saatları soyqırımı
gününə həsr olunub və azərbaycanlılara qarşı
yeridilən soyqırımı
siyasətinin tarixi kökləri bir daha şagirdlərin
nəzərinə çatdırılıb. Tədbirin sonunda yuxarı sinif şagirdləri
and içərək, erməni
faşizminə qarşı daim mübarizə aparacaqlarına
söz verdilər. "Azərbaycan müəllimi" |