Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 Dekabr 2009 - ¹47

 

Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyi qeyd edildi

 

Dekabrın 2-də Lənkəran şəhərinin "Sultan" sarayında Lənkəran  Dövlət  Humanitar Kollecinin 85 illiyinə həsr edilmiş "Təhsildə innovasiyalar" mövzusunda respublika  elmi- praktiki konfrans keçirildi.Tədbir iştirakçıları əvvəlcə  şəhərin Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra qonaqlar Heydər Əliyev Muzeyində, Dövlət Humanitar Kollecində və humanitar təmayüllü 4 nömrəli məktəb-liseydə oldular.

Tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman  Mikayılov   açaraq, kollecin 85 illik yubileyi münasibətilə təhsil ocağının müəllim və tələbə kollektivini təbrik etdi,  xalqımızın ümummilli lideri Heydər  Əliyevin  və onun layiqli davamçısı Prezident  İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdikləri əvəzsiz qayğı və diqqətdən danışdı.

Lənkəran  Dövlət Humanitar Kollecinin direktoru Cahangir İbrahimov  təhsil ocağının 85 ildə keçdiyi yola nəzər salaraq qeyd etdi ki, kollec  pedaqoji kadr hazırlığı istiqamətində fəaliyyət göstərən tədris müəssisəsidir. Burada ibtidai və əsas təhsil pilləsi üçün 11 ixtisas üzrə kadr hazırlanır.

Bildirdi ki, 85 il ərzində kolleci 52 min məzun bitirmişdir. Onların  arasında respublikanın adlı-sanlı  adamları, alimləri,əməkdar müəllimləri vardır.

Cənub bölgəsinin 7 rayonunun - Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar təhsil işçilərinin iştirak etdiyi konfransda  təhsil naziri Misir Mərdanov "Regionlarda təhsilin inkişaf perspektivləri" mövzusunda məruzə  ilə çıxış etdi.

Cənub bölgəsindəki təhsil müəssisələrinin fəaliyyətini təhlil edən Misir Mərdanov regionda ümumi orta təhsildə, ali və orta ixtisas məktəblərində qazanılmış uğurlardan və mövcud problemlərdən danışdı, məktəbəqədər  təhsil müəssisələrinin və peşə təhsilinin inkişafı və digər məsələlərlə bağlı qarşıda duran vəzifələri  tədbir iştirakçılarının nəzərinə  çatdırdı.

Nazir bildirdi ki, bu gün  Lənkəran Dövlət Humanitar Kollecinin 85  yaşı tamam olur. ölkə  üçün müəllim  kadrlarının hazırlanmasında qocaman təhsil ocağının xidmətləri  böyükdür. Ona görə də bu kollec respublikanın  digər təhsil ocaqları sırasında özünəməxsus layiqli yer tuta bilib.

Hazırda Azərbaycan  təhsilində gedən qlobal dəyişikliklərə, yeniləşmə prosesinə toxunan nazir  Misir Mərdanov qeyd etdi  ki, Lənkəran Dövlət Humanitar Kollecinin tarixinin bir çox  parlaq səhifələri müstəqilliyimizlə bağlı olmuşdur. Belə ki, burada orta ixtisas təhsilinin məzmununda da dəyişikliklər aparılaraq ixtisas və istiqamətlər üzrə yeni dövlət standartları tətbiq edilmiş və maddi tədris bazası müasir tələblər səviyyəsinə çatdırmışdır.

Təhsil naziri Misir Mərdanov  çıxışının sonunda  85-illik yubiley  münasibətilə kollecin  müəllim-tələbə kollektivini ürəkdən təbrik etdi və onlara gələcək fəaliyyətlərində  yeni-yeni uğurlar arzuladı.

Elmi-praktik konfransda, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif Məmmədovun "İnnovasiyalar və pedaqoji kadrların hazırlanması", Milli Məclisin deputatı, professor Nizami Cəfərovun "Azərbaycanda təhsil dili: problemlər, mülahizələr" və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanovun "Fasiləsiz təhsil sistemi və innovasiyalar" mövzularında məruzələri dinlənildi.

Tədbirdə Milli Məclis sədrinin  birinci müavini  Ziyafət Əsgərov, Yeni  Azərbaycan Partiyası  icra  katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin Sosial Siyasət  Komitəsinin sədri Hadi Rəcəbli və başqaları da çıxış edərək yubiley münasibətilə kollecin kollektivini təbrik etdilər.

Lənkəran rayonunun təhsil işçilərini əlamətdar  hadisə münasibətilə  təbrik edən təhsil naziri Misir Mərdanov bildirdi ki, Prezident İlham Əliyevin  16 noyabr 2009-cu il tarixli sərəncamı ilə respublikada təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil  işçisi medallarla və fəxri adlarla təltif edilmişlər. Həmin sərəncama əsasən Lənkəran  Dövlət Humanitar Kollecinin direktoru Cahangir  İbrahimov "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına və  kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Elduzə İsmayılova isə "Tərəqqi" medalına layiq görülmüşlər.

Təhsil naziri Misir Mərdanov müvafiq sənədi və medalı sahiblərinə təqdim etdi.Kollecin bir qrup müəlliminə də Təhsil Nazirliyi və şəhər icra hakimiyyəti tərəfindən Fəxri fərmanlar və qiymətli hədiyyələr verildi. 

Sonda Nəcəf bəy Vəzirov adına  Lənkəran Dövlət Dram Teatrında  kollecin 85 illik yubileyinə həsr olunmuş konsert oldu.  

Şakir CƏFƏROV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
4 Dekabr 2009 - ¹47
Şamaxıda şahmat məktəbi yenidən qurulub
 
Heydər Əliyev Fondu İvanovka kənd orta məktəbinə "Hyunday" markalı avtobus hədiyyə edib
 
VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyi qeyd edildi
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün  xarici  dil fənni kurikulumu (V-XI siniflər)
 
Dünya universitetləri:  Dyuk Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov