Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 Dekabr 2009 - ¹47

 

VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib

 

Dekabrın 3-də Bakıda, "Buta" sarayında VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədi ilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, xarici ölkələrdən gəlmiş alimlər iştirak etmişlər.

İştirakçı dövlətlərin bayraqları səhnəyə gətirilmiş və elan edilmişdir ki, olimpiada 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilir. Olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak edirlər.

Olimpiada Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəstəyi ilə keçirilir.

Tədbir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın olimpiada iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlanmışdır.

Təbrik məktubunu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov oxumuşdur.

Məktubda bildirilir ki, ölkəmizdə "Uşaq ili" elan edilmiş 2009-cu ilin belə nüfuzlu beynəlxalq tədbirlə yekunlaşması olduqca fərəhli bir hadisədir. Bizim üçün ən vacib meyarlardan biri uşaqların, yeniyetmələrin sağlamlığı, onların təhsili və layiqli vətəndaş kimi formalaşmasıdır. Elm və təhsil gələcək tərəqqinin ən mühüm amili kimi respublikamızda xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu gün peşəkar milli kadrlarımızın bilik və bacarıqları sayəsində ölkəmizdə uğurlu islahatlar, yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Gələcəkdə görəcəyimiz işlər də məhz bugünkü yeniyetmə və gənclərimizin əldə edəcəyi bilik, bacarıq, təcrübə və onların tətbiqi sayəsində mümkün olacaqdır.

Məktubda daha sonra deyilir ki, Şərq və Qərb mədəniyyətlərinin, müxtəlif sivilizasiyaların qovuşduğu coğrafi məkanda, qədim Bakı şəhərində elmin işığına toplaşmaq, fizika, kimya, biologiya elmləri üzrə bilgilərinizi sınamaq imkanı məhz siz yeniyetmələrə nəsib olmuşdur. Beynəlxalq Elm Olimpiadasında əldə edəcəyiniz qələbələr sizin üçün yaddaqalan hadisələrdən olacaqdır. Hər birinizə uğurlar, qələbə sevincləri, yeni elmi nailiyyətlər arzulayıram.

Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, tarixin müxtəlif dövrlərində görkəmli alimlərimiz, filosoflarımız dünya elminin inkişafına öz töhfələrini vermişlər. Müasir dövrdə də məşhur alimlərimiz öz elmi ixtiraları və kəşfləri ilə dünya elminə xidmət etməkdədirlər.

Prezident İlham Əliyevin yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamın əhəmiyyətini xüsusi vurğulayan nazir demişdir ki, ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. Dövlətimizin başçısı gənclərin elmə marağının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə daim önəm verir.

A.Rəhimov demişdir ki, ölkəmizdə olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün nizamnaməyə uyğun olaraq bütün işlər ardıcıllıqla həyata keçirilmişdir. Olimpiadanın təşkilat və elm komitələri yaradılmış, icra strukturu təsdiq edilmişdir. Daha sonra 60-dan artıq ölkəyə rəsmi dəvət məktubları göndərilmişdir. Olimpiada haqqında ətraflı məlumatlar əldə etmək məqsədi ilə rəsmi İnternet səhifəsi (www.ijso2009.az) hazırlanıb istifadəyə verilmişdir.

Aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə olimpiadaya yüksək səviyyədə hazırlıqla bağlı işçi qrupu yaradılmış, tədbirin loqotipi və şüarı təsdiq edilmişdir.

İl ərzində olimpiadaya gələn qonaqların qarşılanması, tədbir və gəzintilər zamanı müşayiət edilməsi üçün 100-dək könüllü müəyyənləşdirilmiş, onlar üçün xüsusi təlimlər təşkil olunmuşdur.

Azad Rəhimov demişdir ki, bu tədbirin Azərbaycanda keçirilməsi olduqca fərəhli haldır. Olimpiada ayrı-ayrı ölkələrdən gəlmiş yeniyetmələr arasında əsl elm və dostluq körpüsünə çevriləcəkdir. İştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və xalqımızın qonaqpərvərliyi ilə yaxından tanış olacaqlar.

Bakıda, gözəl məkanda gəncləri salamlamaqdan məmnunluğunu vurğulayan xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədi ilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev demişdir ki, intellektli, savadlı yeniyetmələrin əhatəsində olmaq xoşdur. Bu gənclərin iştirakı ilə keçirilən belə möhtəşəm bilik yarışı xalqlar arasında dostluq əlaqələrinin inkişafına təkan verir. İnanıram ki, olimpiada iştirakçıları Azərbaycandan vətənlərinə çox böyük təəssüratla dönəcəklər.

H.Paşayev bildirmişdir ki, yeniyetmələr arasında elm olimpiadasının fizika, kimya və biologiya fənləri üzrə keçirilməsi təsadüfi deyildir. Biz bu fənləri fundamental elm olaraq müəyyənləşdirmişik. çünki bu fənlər istənilən elm sahəsinin bünövrəsində durur. Hər bir millət, cəmiyyət bu sahələrə diqqət yetirməlidir.

Azərbaycan Prezidentinin elm sahəsinə, təhsilə, xüsusilə də gənclərin hərtərəfli inkişafına daim diqqətlə yanaşdığını deyən Hafiz Paşayev indiki yarışmanın bu cəhətdən son dərəcə əhəmiyyətli olduğunu vurğulamışdır. Bu olimpiada bilikli gənclərin üzə çıxarılmasında, onların inkişafında xüsusi əhəmiyyət kəsb edəcəkdir. İnanıram ki, bu gənclər olimpiada üçün seçilmiş elm sahələrinə töhfə verəcəklər. Bu olimpiada onların gələcək uğurları üçün də olduqca əhəmiyyətlidir.

Olimpiadanın Elm Komitəsinin rəhbəri kimi sizi əmin edə bilərəm ki, biz bu yarışmanı çox ciddi qəbul edirik. Azərbaycanın 30-dək tanınmış mütəxəssisinin iştirakı ilə yaradılmış Elm Komitəsi tərəfindən olimpiadanın fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment-təcrübə tapşırıqları hazırlanmışdır. Alimlərimiz tərəfindən 500-ə yaxın çalışma tərtib edilmişdir.

Hər bir iştirakçıya uğurlar arzulayan Hafiz Paşayev demişdir ki, burada qalib gəlmək məqsəd deyil, əsas məqsəd iştirak etmək, dostlar tapmaq və öz biliyini artırmaqdır.

VI Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq tədbirin iştirakçı ölkələr arasında əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. O əmin olduğunu bildirmişdir ki, olimpiadanın iştirakçıları Bakıdan öz vətənlərinə xoş təəssüratlarla qayıdacaqlar.

M.Gintinq Prezident İlham Əliyevin Azərbaycanda elm və təhsilə, eləcə də gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişdir.

Natiq bildirmişdir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edən ilk Avropa ölkəsidir. Növbəti olimpiada Nigeriyada keçiriləcəkdir. Beləliklə, olimpiada bütün qitələri əhatə edəcəkdir. M.Gintinq iştirakçıların yaş həddinin 15 olmasına aydınlıq gətirərək vurğulamışdır ki, əsas məqsəd şagirdlərdə texniki fənlərə maraq oyatmaqdır. Yuxarı sinif şagirdləri bu olimpiadadan ali məktəblərə imtahansız daxil olmaq imkanı qazanmaq üçün istifadə edirdilər. Biz də iştirakçıların yaş həddini azaltmaq qərarına gəldik.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirmişdir ki, bu olimpiada yeniyetmələr, gənclər və gənc alimlər üçün olduqca əhəmiyyətlidir. Bu elm olimpiadası iştirakçılara öz biliklərini sınamağa imkan yaradır və gələcəkdə ixtisaslı kadrların yetişməsinə təkan verir.

Şübhəsiz, bu olimpiadanın iştirakçıları olan yeniyetmələr həyatlarını elmə həsr edəcək və öz ölkələrinin tərəqqisi naminə yorulmadan fəaliyyət göstərəcəklər.

AMEA-nın prezidenti olimpiadanın Bakıda keçirilməsinin iştirakçıların Azərbaycanla yaxından tanışlığı, xüsusilə də dövlətlərarası əməkdaşlığın daha da inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Təhsil naziri Misir Mərdanov demişdir ki, olimpiadanın Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud olan sabitlik və dinamik iqtisadi inkişafın, xüsusilə də Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən elm və təhsilə göstərilən diqqət və qayğının nəticəsidir.

M.Mərdanov həmçinin qeyd etmişdir ki, olimpiadada çoxsaylı nümayəndələrin iştirak etməsi Azərbaycanda gedən inkişaf proseslərinin bütün dünyada yayılması baxımından əhəmiyyətli rol oynayacaqdır.

Tədbir gənc musiqiçilərin geniş konsert proqramı ilə davam etmişdir.

Olimpiadaya dekabrın 11-də yekun vurulacaqdır. 

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
4 Dekabr 2009 - ¹47
Şamaxıda şahmat məktəbi yenidən qurulub
 
Heydər Əliyev Fondu İvanovka kənd orta məktəbinə "Hyunday" markalı avtobus hədiyyə edib
 
VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyi qeyd edildi
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün  xarici  dil fənni kurikulumu (V-XI siniflər)
 
Dünya universitetləri:  Dyuk Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov