Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 Dekabr 2009 - ¹47

 

Təhsil naziri Gürcüstanda səfərdə olub

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-25-də Gürcüstanda 2 günlük səfərdə olub. Nümayəndə heyətinə Təhsil Nazirliyinin şöbə müdirləri İlham Mustafayev, Faiq Şahbazlı, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Qax Rayon Təhsil Şöbəsinin məsləhətçisi Şarmazi Tartaraşvili, Zaqatala Rayon Əliabad qəsəbə 2 nömrəli orta məktəbinin direktoru Tərlan Rəcəbov daxil idilər. 

Hava limanında nümayəndə heyətini Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya və nazirliyin əməkdaşları qarşıladıqdan sonra Gürcüstanın Təhsil və Elm Nazirliyində 2 saatdan artıq işgüzar görüş keçirildi. 

Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya nümayəndə heyətini bir daha salamlayaraq ölkəsinin təhsil sistemi, burada həyata keçirilən islahatlar barədə ətraflı məlumat verdi, Azərbaycan Respublikası Prezidentinin Gürcüstana daim diqqətlə yanaşdığının, Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərin dərslik, dərs vəsaiti və digər tədris ləvazimatları ilə təminatına köməyin, eləcə də Qax, Zaqatala və Balakən rayonlarının təlim gürcü dilindəki məktəblərinə həssas münasibətin Gürcüstanda böyük hörmət hissi ilə qarşılandığını xüsusi vurğuladı. O qeyd etdi ki, bu hər iki ölkə başçısının apardığı siyasətin, dostluq və qarşılıqlı hörmətin inkişaf etdirilməsi əsasında mümkün olmuşdur. 

Bununla belə, Nika Qvaramiya Gürcüstan məktəblərinin, o cümlədən təlim Azərbaycan dilində olan məktəblərin təmiri, maddi-texniki təchizatı və müəllim kadrları ilə təminatında çətinliklərin də olduğunu vurğuladı.

Azərbaycanın təhsil naziri, professor Misir Mərdanov gürcüstanlı həmkarına səmimi qarşılanmaya görə təşəkkürünü bildirdikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də aparılan islahatlardan, bu işin ilk nəticələrindən söhbət açdı. Nazir Gürcüstanın təhsil sistemində aparılan ciddi dəyişiklikləri tərəqqi kimi qiymətləndirərək bu işlərdə həmkarına yeni uğurlar arzuladı. Sonra Misir Mərdanov Gürcüstandakı Azərbaycan məktəblərinin problemləri barədə danışdı. O, Azərbaycan məktəblərinin sayının ilbəil azalmasından, bu məktəblərə Azərbaycan dilini bilməyən digər millətlərin nümayəndələrinin direktor təyin edilməsindən, bir sıra məktəblərdə ixtisaslı milli kadrların olmamasından, tədris proqramında gürcü dilinə ayrılan saatların azlığından, ali məktəblərdə azərbaycandilli kadr hazırlığının aparılmamasından, Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərdə işləyən müəllimlərin ixtisasartırma təhsili sahəsində iş aparılmamasından, Gürcüstanın Təhsil və Elm Nazirliyində azərbaycanlı mütəxəssislərin çalışmaması ilə bağlı azərbaycanlı müəllimlərin üzləşdiyi çətinliklərdən, Gürcüstandakı  təlim Azərbaycan dilində olan məktəblərdə Azərbaycan tarixi və Azərbaycan coğrafiyası, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən təlim gürcü dilində olan məktəblərdə Gürcüstan tarixi və Gürcüstan coğrafiyası fənlərinin tədris edilməməsindən, şagirdlərin dərsliklərlə təminatının qədərincə ödənilməməsindən və digər bu kimi məsələlərdən narahatlığını bildirdi və konkret təkliflərini səsləndirdi.

Məsələlər ətrafında müzakirələr aparıldı.

Noyabrın 25-də təhsil naziri Misir Mərdanov və Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya ulu öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılmış büstünü ziyarət etdilər. Sonra Tbilisi şəhərindəki 73 nömrəli təlim  Azərbaycan dilində olan məktəbin və qonşuluqdakı təlim gürcü dilində olan məktəbin müəllim və şagirdləri ilə görüşən Azərbaycan nümayəndə heyəti və digər qonaqlar həmin tədris ocaqları ilə yaxından tanış olub, onların maddi-texniki təchizatının vəziyyəti ilə maraqlandılar. 

Daha sonra Azərbaycan nümayəndə heyəti və qonaqlar Marneuli rayonuna gələrək Resurs Mərkəzində oldular və ötən il orta və əsas məktəbləri yüksək nailiyyətlərlə bitirmiş şagirdlərin 3 nömrəli məktəbdə təltifolunma mərasiminə qatıldılar. Sevindirici haldır ki, həmin məzunlardan qızıl medala layiq görülən iki şagirdin ikisi də azərbaycanlıdır. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov nitq söyləyib soydaşlarımızın bu uğurlarından qürur duyduğunu bildirdi.

Marneuli şəhər 8 nömrəli orta məktəbinə gələn nazir Misir Mərdanov kollektivlə görüşərək onları dinlədi və işlərində uğurlar arzuladı.

Nümayəndə heyətinin Marneuli şəhərində yerləşən Heydər Əliyev adına Gürcüstan - Azərbaycan Humanitar Universitetinin müəllim və tələbələri ilə görüşü də maraqlı keçdi. Bu universitetin rəhbərliyi təhsil ocağının akkreditasiyası ilə bağlı məsələni hər iki nazirin diqqətinə çatdırdı və problemin həlli ilə əlaqədar köməklik göstərilməsini xahiş etdi.

Nazirlər və onları müşayiət edən heyət Qızılhacılı kənd əsas məktəbinə də gələrək burada görülmüş işlərlə yaxından tanış oldular.

Həmin gün Dmanisi rayonuna səfər edildi. Təlim Azərbaycan dilində olan Donisi kənd əsas məktəbinin kollektivi ilə görüşən nümayəndə heyəti daha sonra Dmanisi şəhərində Heydər Əliyev Fondunun köməyi ilə yaradılan kompüter mərkəzində oldu. Bundan sonra təlim gürcü dilində aparılan orta məktəbdə fəaliyyət göstərən gürcü dilinin intensiv tədris edildiyi Resurs Mərkəzində müəllimlərlə görüşən nazir Misir Mərdanov dinləyicilərə dövlət dilinin öyrənilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirdi və öz tövsiyələrini verdi. 

Bütün görüşlərdə soydaşlarımız Azərbaycan Respublikasının təhsil nazirinin Gürcüstan təhsil müəssisələrinə gəlişini müsbət qiymətləndirərək belə səfərlərin ölkələrimiz arasında elm və təhsil sahəsində mövcud olan səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə layiqli töhfələr verəcəyinə və bütövlükdə Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə müsbət təsir edəcəyinə ümidvar olduqlarını bildirdilər.

Azərbaycanın və Gürcüstanın təhsil nazirləri səfərin nəticələrindən məmnunluqlarını bildirərək gələcəkdə əməkdaşlığın və belə işgüzar səfərlərin faydalı olacağına əminliklərini ifadə etdilər.

Sonda Misir Mərdanov gürcüstanlı həmkarına qonaqpərvərliyə və əməkdaşlığa görə təşəkkürünü bildirdi və onu Azərbaycana işgüzar səfərə dəvət etdi. 

Faiq ŞAHBAZLI,
Təhsil Nazirliyinin şöbə müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
4 Dekabr 2009 - ¹47
Şamaxıda şahmat məktəbi yenidən qurulub
 
Heydər Əliyev Fondu İvanovka kənd orta məktəbinə "Hyunday" markalı avtobus hədiyyə edib
 
VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyi qeyd edildi
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün  xarici  dil fənni kurikulumu (V-XI siniflər)
 
Dünya universitetləri:  Dyuk Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov