Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Noyabr 2009 - ¹44

 

Vətənpərvər gənclər yetişdirmək təhsilimizin ən önəmli vəzifələrindəndir

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-ci il fevralın 1-də müstəqil Azərbaycan Respublikası gənclərinin 1-ci forumunun birilliyi ilə əlaqədar keçiriən mərasimdəki yekun nitqində demişdir ki, gələcəyimiz olan gənclər dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməlidirlər. Azərbaycan gənclərinin qarşısında qoyulmuş bu mühüm vəzifə onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında təhsil ocaqlarının məsuliyyətini daha artırır.

Gənclərimiz həmişə ictimai həyatda fəal olmuş, çağdaş tariximizin ən taleyüklü dövrlərində öz sözlərini demiş, prinsipial mövqelərini bildirmişlər.  Xalqımızın azadlıq, müstəqillik amallarına, dövlətçiliyimizə sədaqətli olan gənclərimiz bu yolda əsl mübarizlik nümayiş etdirmişlər. Torpaqlarımızın suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən, əlil olan, şəhidlik zirvəsinə ucalan soydaşlarımızın böyük əksəriyyəti gənclərdir. Yüzlərlə, minlərlə belə fakt indiki və gələcək nəsillər üçün örnəkdir, qürur duyulası, fəxr ediləsi nümunədir. 

Bu gün gənclərimizin qarşısında mühüm vəzifələr durur. Hər bir gənc həyatının bu dövründən bacardığı qədər səmərəli istifadə etməlidir.  Gənclik dövründə boş, mənasız keçirilən hər gün sonra böyük itkilərə gətirib çıxarır. Gənc nəslimiz mükəmməl təhsil almalı, günümüzün inkişafı və tələbləri ilə ayaqlaşmalıdır. Gənclərimiz dövlət müstəqilliyimizin əldə olunmasında öz sözlərini dedikləri kimi, müstəqilliyimizin qorunmasında, inkişaf etməsində yaxından iştirak etməlidirlər.  çünki hər bir gənc yaşadığı coğrafi məkandan asılı olmayaraq, öz Vətənini, Azərbaycanı təmsil edir, xalqımızın mənəviyyatının daşıyıcısı, onun simasıdır.

Gənclərimizin qarşısında duran başlıca vəzifələrdən biri  xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda cəbhələrdə göstərdikləri qəhrəmanlıqları kimi elmdə, istehsalatda, təhsildə də fədakarlıq göstərməli və yüksəkixtisaslı mütəxəssislər kimi yetişməlidirlər.

Respublikamız hüquqi demokratik dövlət quruculuğu yolu ilə inkişaf edir.  Milli ideologiya konsepsiyası çərçivəsində gəncləri, birinci növbədə, Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiqlik ruhunda tərbiyə etmək lazımdır.  Gənclərin təhsili, tərbiyəsi məhz bu istiqamətdə aparılmalıdır.

Gənclərin tərbiyə edilməsində, eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Milli mənəvi və ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil edir.

Nər bir ölkədə orduda xidmət etmək gəncin vətəndaşlıq borcudur. Ancaq Azərbaycan övladının borcu başqa ölkələrin gənclərinə nisbətən bir neçə qat artıqdır. çünki torraqlarımız düşmən tərəfindən işğal edilib, ölkəmizin ərazi bütövlüyünə təcavüz olunub, xalqımızın min illər boyu yaratdığı, yaşatdığı və zənginləşdirdiyi dəyərlər saxtalaşdırılıb, özününküləşdirilib, talan edilib, dağıdılıb. Xəyanətkarlıqla gerçəkləşdirilən bu vandalizmin nəticələrini aradan qaldırmaq, onu bərpa etmək də gənclərin öhdəsinə düşür.

Bu baxımdan cəmiyyətimizdə, xüsusən gənclər arasında hərbi xidmətə hörmət və diqqət daim yüksək səviyyədə olmalı, hər bir gəncin orduya xidmətə getməsi onun ailəsində bayrama  çevrilməlidir.

Gənclər bilməlidirlər ki, hər bir azərbaycanlının vətəndaşlıq borcu, vəzifəsi resrublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı azad, müstəqil dövlət kimi inkişaf etdirmək, Azərbaycan elmini, mədəniyyətini yüksəklərə qaldırmaq, Vətənin şan-şöhrətini dünyaya tanıtmaq, dünya birliyində layiqli yer tutması üçün xidmətlər göstərməkdir.

Biz təhsil və tərbiyədə forma və məzmun vəhdətini həmişə gözləməli və qorumalıyıq. Əgər belə olarsa, onda gənclərimizdə milli qürur hissi və milli ruh yaratmış olarıq.

ümummilli liderimiz Neydər Əliyev Azərbaycanda gəncliyə həmişə böyük qayğı göstərib. üaşadığımız yeni əsrdə gənclərimiz qarşısında duran başlıca vəzifə məhz ulu öndərimizin azərbaycançılıq  ideyalarını layiqincə həyata keçirməkdən ibarətdir. Zamanın, dövrün tələbindən irəli gəlmiş təlim-tərbiyə işinin təkmilləşdirilməsi XXI əsrin gənc nəslinin yüksək səviyyədə formalaşdırılmasının təminatıdır.

Bu  gün Azərbaycan gənclərinin böyük hamisi, yolgöstərəni və qayğıkeşi cənab Prezident İlham Əliyev hələ ölkəmizə rəhbərlik etməzdən əvvəl - Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində olarkən bu sahədə çox böyük xidmətlər göstərmişdir. Bu gün məhz möhtərəm Prezidentimizin titanik fəaliyyəti nəticəsində gəncliyimizin, deməli, dövlətimizin səsi-sorağı ən ali tribunalardan, müxtəlif dövlətlərdən gəlir.

Ordumuzun və ölkəmizin modernləşdirilməsindən tutmuş fiziki  cəhətdən sağlam nəslin yetişməsi üçün görülən çoxşaxəli işlərədək hər şey milli vətənpərvərlik tərbiyəsi üçün stimul, baza və istiqamətləndirici faktdır.  Təhsil sistemindəki uğurlu islahatlar, müəllim kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, bütövlükdə təhsil-təlim və tərbiyə proseslərinin yeniləşməsi, mükəmməlləşməsi və müasirləşməsi cəmiyyət həyatının dinamik bir hissəsidir. Ən  sevindiricisi də odur ki, belə temp nəticənin gerçəkləşməsini sürətləndirir.

Elə bu da bizə ümid verir ki,  gənclərin vətənpərvərlik tərbiyəsi, onlarda milli  şüurun təkamülü prosesinin daha da inkişafı üçün görülən işlər tezliklə öz bəhrəsini verəcəkdir.         

Sevda XASPOLADOVA,
Azərbaycan Dillər Universitetinin
Pedaqogika kafedrasının müəllimi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
13 Noyabr 2009 - ¹44
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi. Dünya Bankının V konfransından qeydlər
 
Böyük elmə bəxş edilmiş ömür
 
"Mən Azərbaycan türküyəm" adlı bədii-musiqili tədbir keçirilib
 
Bilik və mənəviyyat ocağı
 
Vətənpərvər gənclər yetişdirmək təhsilimizin ən önəmli vəzifələrindəndir
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov