Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Noyabr 2009 - ¹44

 

"Mən Azərbaycan türküyəm" adlı bədii-musiqili tədbir keçirilib

 

Noyabrın 7-də Bakıdakı E.Tağızadə adına 164 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən "Kimlik" şagird studiyasının təşkil etdiyi "Mən Azərbaycan türküyəm" adlı bədii-musiqili məclisi keçirildi.

Dövlət himni səsləndikdən sonra tədbiri açan 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirova son vaxtlarda təhsil müəssisəsində görülən işlərdən danışdı. Bildirdi ki, təhsil islahatının uğurla aparılmasında 164 nömrəli məktəb də öz töhfəsini verməyə çalışır. Təhsil müəssisəsinin müəllim və şagirdlərinin müxtəlif nominasiyalı müsabiqələrdə fəal iştirak edərək müsbət nəticələr qazandığını qeyd edən Kəmalə Qədirova təhsil ocağında müxtəlif mövzularda silsilə tədbirlərin keçirildiyini iştirakçıların nəzərinə çatdırdı.

Sonra "Kimlik" studiyasının rəhbəri, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Gündüzün yetirmələri çıxış etdilər. Türklüyü təbliğ edən məclisdə qəhrəmanlığı əks etdirən şeirlər səsləndi, mahnı ifa olundu, saza yer verildi. Türk qəhrəmanlığına həsr olunmuş film göstərildi.

Şagirdlər Vətənə, torpağa, dövlət atributlarına və milli adət-ənənələrə olan məhəbbətlərini nümayiş etdirməklə yanaşı, ümumbəşəri dəyərlərə də xüsusi diqqət yetirdilər. Məktəblilərdən Nemət, Sərxan, Aysel, Elmar, Nərmin, Sənan, Firdus daha fəal idilər. Sonda çıxış edənlər bədii-musiqili məclisin əhəmiyyətindən danışdılar və maraqlı keçən tədbir üçün məktəbin direktoru Kəmalə Qədirovaya və "Kimlik" studiyasının rəhbəri Şəhla Gündüzə xüsusi minnətdarlıqlarını bildirdilər. 

Fazil İDRİSOĞLU

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
13 Noyabr 2009 - ¹44
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi. Dünya Bankının V konfransından qeydlər
 
Böyük elmə bəxş edilmiş ömür
 
"Mən Azərbaycan türküyəm" adlı bədii-musiqili tədbir keçirilib
 
Bilik və mənəviyyat ocağı
 
Vətənpərvər gənclər yetişdirmək təhsilimizin ən önəmli vəzifələrindəndir
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov