· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

 

 

 

Prezident İlham Əliyev Salyan rayonu Qardili kənd orta məktəbi binasının açılışında iştirak edib

Prezident İlham Əliyev sentyabrın 7-də Salyan rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə Cəsur Əliyev adına Qardili kənd orta məktəbinin yeni binasının açılışında iştirak etdi.

Mərasimə toplaşanlar ölkə rəhbərini hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi, məktəbin foyesində bu təhsil ocağının əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkillərə, ümummilli lider Heydər Əliyevin fəaliyyətinə dair fotoguşəyə baxdı. Foyedə ulu öndər Heydər Əliyevin təhsil işçilərinin əməyinə verdiyi qiyməti təsdiqləyən "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" kəlamı yazılmışdı.

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

  

Akademik Zərifə Əliyeva adına orta məktəb ilə tanışlıq

Sentyabrın 7-də Prezident İlham Əliyev Cəlilabad şəhərindəki akademik Zərifə Əliyeva adına orta məktəbdə olmuşdur.

Dövlətimizin başçısı əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məktəbin həyətindəki abidəsi önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, 1100 şagird yeri olan bu məktəb binası Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa edilmiş, ötən ilin sentyabrında istifadəyə verilmişdir. üç və dördmərtəbəli tədris korpuslarından ibarət təhsil ocağı ən müasir avadanlıqla təchiz edilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşə vardır.

Kompüter otağı ilə tanış olan dövlət başçısına bildirildi ki, İnternet şəbəkəsinə qoşulmuş kompüterlər uşaqların müasir informasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnmələrində mühüm rol oynayacaqdır.

Respublikanın orta ixtisas təhsili müəssisələrinin direktorlarına

Respublikanın orta ixtisas təhsili müəssisələrində pedaqoji kadrların işə qəbulu vəziyyətinin öyrənilməsi və aparılan təhlillər göstərmişdir ki, mühəndis-pedaqoji kadrların seçilib yerləşdirilməsində, onlar arasında dərs yükünün bölünməsində hələ də ciddi nöqsanlara yol verilməkdədir. Əksər hallarda heç bir ehtiyac olmadan bir stavkadan, hətta 240  (iki yüz qırx) saatdan da aşağı dərs yükünə müəllimlər işə qəbul edilir. Bu isə öz növbəsində məktəblərdə kadr sıxlığının yaranmasına və müəllim-tələbə nisbətinin aşağı düşməsinə səbəb olur. Bəzi hallarda isə qeyri-ixtisas və ya qeyri-pedaqoji təhsilli şəxslər də işə qəbul edilir ki, bütün bunlar son nəticədə təhsilin keyfiyyətinə öz mənfi təsirini göstərir.

Təhlil göstərir ki, 2006-2007-ci tədris ilində 2005-2006-cı tədris ilinə nisbətən tələbələrin saıyı 1283 nəfər azaldığı halda, müəllimlərin sayı 191 nəfər artmışdır.

Qeyd edilənləri nəzərə alaraq, orta ixtisas təhsili müəssisələrində pedaqoji işçilərin qəbulu aşağıdakı qaydalara uyğun həyata keçirilməlidir:

ötən dərs ili yeniliklərlə və uğurlarla yaddaqalan oldu

Təhsil işçilərinin sentyabr konfransında

 

Sonra konfrans Azərbaycan Dövlət Musiqili Komediya Teatrında öz işinə başladı.

 "2007-2008-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda çıxış etmək üçün söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevaya  verildi. Konfrans iştirakçılarını yeni dərs ili münasibətilə təbrik edən N.Rzaquliyeva çıxışında ilk olaraq ölkə başçısı cənab İlham Əliyevin  təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışdı. Qeyd etdi ki, təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz Heydər Əliyev Azərbaycan təhsilinin gələcəyini yeni texnologiyaların tətbiqində, onun keyfiyyətinin  yüksəldilməsində və dünya təhsil sisteminə inteqrasiyada görürdü.

Azərbaycan müəllimlərinin qurultayları tarixindən

XI qurultayın gündəliyindən

 

Hər bir hadisə, hər bir fakt bu və ya digər özəl cəhəti ilə yadda qalır, seçilir. Bu fikir baxımından Azərbaycan müəllimlərinin XI ali məclisi bir neçə yöndən fərqli olmuşdur. Əvvəla, bu, müstəqillik qazanmış respublikanın təhsil işçilərinin qurultayı idi. İkincisi, ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni səsləndirilmişdir. üçüncüsü, ilk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Şurası seçilmişdir.

1998-ci il sentyabrın 25-də saat 10.00-da Respublika Sarayında işə başlamış ali məclisdə 1995 nəfər nümayəndə iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qurultaya təbriki oxunmuşdur.

Qurultaya xarici ölkələrdən çoxlu sayda təbriklər göndərilmiş, Azərbaycanda olan səfirliklərin nümayəndələri çıxış etmişlər.