· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Məqsədyönlü müəllim axtarışları

Pedaqoji fəaliyyətin nəticələri bundan asılıdır

Pedaqoji proses, pedaqoji sahə, müəllimlik peşəsi, müəllim əməyinin fəzilət və qüdrəti haqqında çox fikirlər söylənilib. Müəllim peşəsi bağban peşəsinə bənzədilib... Bu fikir və mülahizələrin hər birində həqiqət var, böyük və şərəfli əməyə verilən qiymət əksini tapıb. Etiraf edək ki, bu fikirlərin ifadə etdiyi məna və məzmun bütövlükdə pedaqoji prosesin siqlətini, öyrətmənin çətinliyini və bu çətinliyin aradan qaldırılması naminə çəkilən müəllim əməyinin əzəmətini bütün çalarları ilə göstərmir.

 

Müəllim əməyinin fəzilətini bu peşədə çalışanlar bütün incəlikləri ilə duyurlar. Keçilən hər hansı uğurlu dərsin şagird təfəkkürünü və təxəyyülünü işıqlandırma vüsətini məhz müəllimlər təsəvvür edirlər. Bu sətirlərdə belə fədakar müəllim həyatına nəzər salınacaq, tədris sistemindən epizodlar qələmə alınacaq.

Mayisə Fərrux qızı Qasımova Ordubadın Xanağa kəndində müəllim ailəsində doğulub böyüyüb. Hələ uşaq ikən bu peşə sahiblərinin gündəlik iş qayğıları və sevinci ona bəlli olub. Orta məktəbi bitirəndə gələcək həyat yolunu seçməkdə tərəddüd etməyib; sənədlərini Naxçıvan Dövlət Universitetinə verib. 1979-cu ildə doğma kənddə əmək fəaliyyətinə başlayıb. 1981-ci ildən Ordubad şəhər 3 nömrəli orta məktəbdə çalışıb. Və bu bir neçə il ərzində o, özünü peşəsinə vurğun, pedaqoji ustalığını artırmağa meyilli bir müəllim kimi tanıdıb. 1999-cu ildə Ordubad Rayon Təhsil Şöbəsinin xəttilə əlyazması hüququnda buraxılmış kiçikhəcmli kitabçada Mayisə Fərrux qızının qabaqcıl təcrübəsi ümumiləşdirilərək şərh olunub.

ötən əsrin 70-ci illərində az qala aforizmə çevrilmiş bir fikir yada düşür: Günəş bir damla suda əks olunduğu kimi, formalaşmış tədris sistemi də bir dərsdə özünü göstərir.

Təhsil əsri adlandırılan XXI əsr Kompüter əsri kimi də səciyyələndirilir, çünki təlimdə kompüter texnologiyası geniş yayılıb. Lakin zaman öz inkişafındadır və kompüter texnologiyası informasiya texnologiyası ilə əvəz olunur. Bugünkü gəncliyin informasiya mədəniyyətinin formalaşdırılması günün aktual pedaqoji məsələlərindəndir. Cəmiyyətin informatlaşdırılmasının təmin olunmasında informatika fənninin imkanlarından səmərəli istifadə Bakıdakı H.Hüseynov adına 83 nömrəli məktəb-liseyin müəllimi Mayisə Qasımovanın tədris sistemində əhəmiyyətli yer tutur. O, fənnin həm nəzəri, həm də praktik cəhətdən yaxşı tədrisi üçün hər bir mövzu ilə bağlı dərsə ciddi və yaradıcı hazırlaşır.

***

- Bu fənnin tədrisində fənlərarası əlaqənin böyük əhəmiyyəti var. Təcrübəmdə müəyyən etmişəm ki, informatika dərslərində fənlərarası əlaqənin nəzərə alınması şagirdləri tədris prosesində fəallaşdırır, onların idraki, zehni qabiliyyətləri güclənir, məktəblilərdə başqa fənlərə maraq oyanır, - söhbət zamanı Mayisə Qasımova fikrini ayrı-ayrı mövzuların tədrisi baxımından əsaslandırdı.

"Əşyaların qruplaşdırılması" - II sinifdə informatikadan keçilən dərslərdən biri bu mövzudadır. Bir dərsin təəssüratı belə oldu.

Kompüter otağında dərs Dövlət himninin oxunması ilə başlayır. Müəllimi nəzmlə salamlayan ikincilər özlərinin zəkalı olduqlarını vurğulayırlar.

Mayisə Fərrux qızı sinfə müraciətlə deyir: - Əmək hazırlığı dərsindən bilirsiniz ki, hindlilərin "Kəlilə və Dimnə" əsərində bir fikir belədir: Gözəl sözlər işlərlə möhkəmləndirildikdə yaxşı nəticə verir.

Siz də zəkalı olduğunuzu bu gün dərsdəki cavablarınızla sübuta yetirin.

Sonra sual-cavab başlayır. İnformatikanın 1960-cı ildə meydana çıxdığını; informatikanın informasiyanın xassələrini öyrəndiyini, informasiya sözünün xəbər, məlumat anlamlarını ifadə etdiyini; qəzet, jurnal, televiziya və radionun, müəllim, telefon və kompüterin əsas informasiya mənbələri olduğunu suallara cavablar kimi söyləyən ikincilər göz, qulaq, dil, burun və dəri vasitəsilə informasiya qəbul edildiyini dedilər. İnformatika tədrisi zamanı görünən və eşidilən informasiyalardan istifadə olunur; monitor görünən informasiyanın mətn, qrafik, video, səsucaldıcılar isə eşidilən informasiyanın danışıq,  musiqi, səs effektləri ilə işləyir, - cavablarının  düzgünlüyündən razı qalan M.Qasımova motivasiyanı aydınlaşdırmaq üçün vatman kağızına çəkilmiş krossvordu lövhədən asır.

Asılan krossvordun bir obyekt olaraq informasiya tutumu olduğunu söyləyən ikincilər krossvordda şaquli istiqamətdə qrup, üfüqi istiqamətdə isə Azərbaycan xalqının ən böyük problemi - Qarabağ; on bir ayın sultanı - Ramazan; bayrağımızda həkk olunan əşyalardan biri - səkkizguşəli ulduz; kişi baş geyimi - papaq sözlərinin yazıldığıni bildirdilər. Müəllim sualına cavab olaraq bildirilir ki, sabah axır çərşənbə günüdür, qapılara papaq atılacaq. Və bir-iki cümlə ilə Mayisə müəllim uşaqlara çatdırdı ki, mart ayı həm də xalqımızın tarixinə dəhşətli tarixi hadisə ilə həkk olunub: 31 Mart azərbaycanlıların erməni faşistləri tərəfindən soyqırımı günüdür.

Dərsin sonrakı dəqiqələrində müsahibə yolu ilə şagirdlər bir daha təkrar etdilər: ermənilər oğru və namərd xalqdır; onlar bizim çoxlu mahnılarımızı, milli xörək və məişət əşyalarımızı öz adlarına çıxıblar.

Şaquli istiqamətdə yazılan söz "qrup"dur. Keçən dərsdə "Qrup. Qruplaşdırma" mövzusunun keçildiyi, bəzi əşyaların xassələrinə görə qruplaşdırıldığı; yeni dərsin mövzusunun "Əşyaların qruplaşdırılması" olduğu bildirildi. Zərfdəki rəngli dairələr vasitəsilə şagirdlər qruplara bölünür; rəngli dairələrin qrupların elementləri olduğu cavabı alınır; kompüter otağında davranış qaydaları yada salınır; kompüter otağının böyük alim Lütfi Zadənin adını daşıdığı bildirilir, onun şəkli göstərilir.

Dərs "Oğuz", "Azadlıq", "Yaşıl dünya", "Sülh", "Zirvə" qruplarına ad verilməsi, liderlər seçilməsi ilə davam etdirilir. İşçi vərəqləri paylanıb izahat verilir. Birinci tapşırığın mürəkkəb obyekt olan kompüterdə (əsas hissələri monitor, klaviatura, sistem bloku, siçandan ibarətdir, - cavabı alınır) müvafiq ardıcıllıqla WORD proqramı yerinə yetiriləcəyi bildirilir.

Hər bir komanda qruplaşdırdığı əşyalardan istifadə edib, fənlərlə əlaqəli pantomima hazırladı: 10 Mart Milli Teatr, 27 Mart Beynəlxalq Teatr günüdür.

Məntiqi məsələ üzrə qrupların təqdimatı başlandı: təyyarə, avtomobil və gəmi nəqliyyat kimi qruplaşdırıldı.

İkinci qrupun təqdimatında elementlər (xiyar, badımcan, bibər, kələm, soğan, kartof, kök, pomidor) olduğu üçün kompüterdə qırmızı rənglə "Tərəvəz" yazılır.

M.Qasımova həyat bilgisi fənnindən qazanılmış bilikləri yada salır: bunlar vitaminlərlə zəngindir; bunlardan istifadə zamanı gigiyenik qaydalara əməl edilməlidirE

Dərs prosesində hər bir qrupun pantomiması açıqlanıb dinlənildi; həyat bilgisi fənnindən qazanılmış biliklər yeni mövzu ilə əlaqələndirildi; qrupların elementləri olan Kamal, Leyla sözlərinin lüğəti mənaları açıqlandı; "Yallı" oyun havası xatırladıldıE

Tədris prosesində monitorda müxtəlif elementlər göründü, rəsmlər rəngləndi, məntiqi məsələlər qrupların birgə səyi ilə həll olundu.

Fiziki fasilə elan edilir; 15 dəqiqə kompüterdə işləyən ikincilər idmanla məşğul olurlar. Uşaqlar kompüterdə sərbəst işləyərkən müəllim onlara nəzarət edir. Vaxt başa çatdıqdan sonra təqdimat başlanır.

M.Qasımova məlumat verir: - İnformasiyanın xassələrini bir insan, bir də kompüter araşdırır. Əziz uşaqlar, siz həm kompüterdə şəkil çəkdiniz, yazı yazdınız, musiqi səsləndirdiniz. Həm insan, həm də kompüter eyni işi görə bildiyi üçün "Vaxt diaqramı" vasitəsilə onların fərqli və oxşar cəhətləri müqayisə edilir.

Möhkəmləndirmə mərhələsində "Xalq qəhrəmanları" adlanan qrupun elementləri sadalandı, işğal olunmuş bölgələrimiz yada salındı. Dərs prosesində riyaziyyat, oxu, Azərbaycan dili, əmək hazırlığı, rəsm, həyat bilgisi, fiziki tərbiyə, musiqi və xarici dillər fənləri ilə əlaqələr yaradıldı.

Müəllim əvəzolunmaz rolu olan kompüterin məktəbliyə özünü dərk etmək imkanı yaratdığını, onun bacarıqlarını üzə çıxardığını ümumiləşdirməklə yanaşı, ölkəmizin uğurlu sabahına inam hissi aşılamaqla məşğələni yekunlaşdırdı.

***

Hər dəqiqəsi özünün qeyri-səlisliyi, informasiya zənginliyi, şagird təfəkkürü və təxəyyülünün inkişafına təsirinin çoxmotivliliyi və fasiləsizliyi ilə seçilən bu cür dərslər (ibtidai siniflərdə keçilən fənlər üzrə) ümumi orta təhsilin əsasında duran ibtidai təlimin səmərəliliyini təmin edir. Bu, məqsədyönlü və planlı müəllim axtarışları pedaqoji fəaliyyətin nəticələri kimi şagird biliyi və bacarıqlarında özünü əks edir.

 

Şamxəlil MƏMMƏDOV