|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ötən dərs ili yeniliklərlə və uğurlarla yaddaqalan oldu Təhsil
işçilərinin sentyabr konfransında Sonra
konfrans Azərbaycan Dövlət Musiqili Komediya Teatrında öz
işinə başladı. "2007-2008-ci dərs ilinin yekunları və qarşıda
duran vəzifələr" mövzusunda çıxış
etmək üçün söz Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevaya
verildi. Konfrans iştirakçılarını yeni
dərs ili münasibətilə təbrik edən N.Rzaquliyeva
çıxışında ilk olaraq ölkə başçısı
cənab İlham Əliyevin təhsilə,
təhsil işçilərinə göstərdiyi diqqət
və qayğıdan danışdı. Qeyd etdi ki,
təhsili millətin gələcəyi adlandıran ümummilli
liderimiz Heydər Əliyev Azərbaycan təhsilinin
gələcəyini yeni texnologiyaların tətbiqində,
onun keyfiyyətinin yüksəldilməsində və dünya təhsil
sisteminə inteqrasiyada görürdü. Bu ideyaların həyata keçirilməsi
istiqamətində atılan addımlar indi öz
bəhrəsini verir. Ulu öndərin əsasını qoyduğu
təhsil siyasəti möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Yeni dərs ili ərəfəsində dövlət
başçısı cənab İlham Əliyevin
sərəncamı ilə təhsil müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması isə təhsil işçiləri
tərəfindən yüksək razılıq hissi ilə
qarşılanıb. Nailə
Rzaquliyeva müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində atılan bu addıma görə təhsil
işçiləri adından möhtərəm
Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını
bildirdi. Məruzəçi sonra təhsilin
keyfiyyətinin yüksəldilməsi, onun
səmərəliliyinin artırılması
istiqamətində görülən işlərdən, qazanılan
nailiyyətlərdən söz açdı. Bildirdi ki, 2007-2008-ci
dərs ilində paytaxtda 1
ibtidai məktəb əsas məktəbə, 9 əsas
məktəb isə orta məktəbə çevrilib. Hazırda
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində 311 orta, 4 əsas, 5 yardımçı, 1 evdə
təhsil, 5 cəzaçəkmə müəssisəsində
isə axşam məktəbi fəaliyyət göstərir.
ötən tədris ilinin əvvəlində Bakı şəhərində
37000 şagird yerlik 22 yeni məktəb və 28
əlavə tədris korpusu inşa olunaraq
istifadəyə verilib. 250 məktəbin istilik sistemi
əsaslı təmir edilib. İnventar və avadanlıqlarla təchizat
sahəsində də xeyli işlər görülüb.
Təhsilin keyfiyyətinə əsaslı şəkildə
təsir göstərən fənn kabinetlərinin və
laboratoriyaların yaradılması işi isə davam
etdirilir. Məruzədən aydın oldu ki, hesabat dövrü
ərzində "Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin İKT ilə təminatı Proqramı
(2005-2007-ci illər)"nın icrası da uğurla başa
çatdırılıb. Hazırda Bakı şəhərinin
ümumtəhsil məktəblərində 29 şagirdə
bir kompüter düşür. Kompüterlərdən
səmərəli istifadə məqsədilə müəllimlərin
kurslardan keçməsi, hər bir müəllimin kompüterdə işləmək
imkanlarının artırılması işi də təşkil
olunub. Elektron dərslik və dərs vəsaitlərinin
tətbiqi sahəsində də xeyli işlər görülüb. Mərkəzləşdirilmiş qaydada keçirilən
buraxılış imtahanlarından söz açan məruzəçi
onun üstünlüklərini qeyd etdi. Bildirdi ki, yeni
qiymətləndirmə sisteminə keçməklə həm
təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm
də qəbul imtahanlarında yüksək
nəticələrə nail olunub. Ali
məktəblərə qəbul olanların sayında
2006-cı ilə nisbətən 2007 və 2008-ci
illərdə müsbət dinamika vardır.Əgər 2006-cı
ildə 8335 məzun tələbə adına layiq görülmüşdüsə,
2008-ci ildə bu göstərici 9228-ə bərabər olub.
Statistikaya görə, son 2 ildə
ali məktəblərə daxil olan məzunların
sayı 1000 nəfərə yaxın artıb. Məzunların
qəbulolma faizi 34,79-dan 39,22-yə yüksəlib. 600-dən
yuxarı bal toplayan məzunların sayında da ciddi artım
müşahidə olunur. 2006-cı ildə bu rəqəm 452
olduğu halda, 2007-ci ildə 506, 2008-ci ildə isə 702
olmuşdur. Bu il ali məktəblərə qəbul
imtahanlarında Bakı
şəhəri üzrə 2 məzunun 700 bal toplaması
isə ürəkaçandır. Məzunların attestat qiymətlərini
doğrultması məsələsinə
toxunan N.Rzaquliyeva bildirdi ki, bu il əlaçı məzunlardan
72 faizi özünü təsdiq edərək 500-700 bal
nəticə göstərib. Halbuki, bu rəqəm 2007-ci
ildə 50,09 faiz, 2006-cı ildə isə 41,70 faiz olub.
Attestat balı (4,0-5,0) olan məzunlardan 500-700 bal
nəticə göstərənlərin xüsusi çəkisi 2006-cı
illə müqayisədə 10 faiz artaraq 24,75 faiz olub. Son 2 il
ərzində Bakı şəhəri məzunlarının
orta bal göstəriciləri də xeyli yaxşılaşıb.
Bu rəqəm 2006-cı ildə 232, 537;2007-ci ildə 245,
162; 2008-ci ildə isə artaraq 267, 405-dir. Orta balı
300-dən yuxarı olan məktəblərin sayı 2006-cı
ildə 17, 2007-ci ildə 25 idisə, bu il 49 olub. özünün geniş və əhatəli
məruzəsində N.Rzaquliyeva daha sonra "Xüsusi istedada
malik uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)"na uyğun olaraq təhsil müəssisələrində
istedadlı uşaqların aşkara çıxarılması
istiqamətində həyata keçirilən əməli
tədbirlərdən söz açdı. Qeyd etdi ki,
ötən dərs ilində fənn olimpiadaları yüksək
səviyyədə keçirilib, şagirdlərin əldə
etdikləri uğurlarla yaddaqalan olub.
Belə ki, 2006-cı ildə məktəblilərin
fənn olimpiadalarının respublika turunun qalibi
olan şagirdlərin sayı 48, 2007-ci ildə 69
nəfər olduğu halda, 2008-ci ildə bu rəqəm
92-yə çatıb. Bu müsbət dinamika aparılan
məqsədyönlü və ardıcıl işin
nəticəsidir. Məruzəsində
N.Rzaquliyeva təhsilin bünövrəsi sayılan
məktəbəqədər təhsillə bağlı
həyata keçirilən tədbirlərdən danışdı.
Verilən məlumatdan aydın oldu ki, bu sahəyə
diqqət ötən dərs ilində bir qədər də
artırılmışdır. "Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin tabeliyində 308
məktəbəqədər təhsil müəssisəsi
1372 qrupla fəaliyyət göstərir. Bu qruplarda 26315
uşaq tərbiyə alır. "Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair tədbirlər Proqramı"na müvafiq olaraq müasir
standartlara cavab verən 11 məktəbəqədər
təhsil müəssisəsi tikilib, onlardan 9-u artıq
istifadəyə verilib, 2-si isə 2008-ci ilin sonuna
qədər hazır olacaq. Hazırda məktəbəqədər
təhsil müəssisələrində 7700 nəfər 5 yaşlı
uşaq tərbiyə alır. 2008-2009-cu tədris
ilində 7200 uşaq bağçadan məktəbə yola salınacaq. N.Rzaquliyeva məktəbdənkənar müəssisələrin
tərbiyə prosesində, yeniyetmələrin asudə
vaxtlarının səmərəli təşkilində mühüm rol oynadığını
deyərək, həmin
sahədə görülən işləri, əldə olunan uğurlu
nəticələri konrans iştirakçılarının
diqqətinə çatdırdı. N.Rzaquliyeva daha sonra vahid məktəbli
formasının tətbiqinin əhəmiyyətindən,
geniş ictimaiyyətin onu razılıqla qarşılamasından, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi ilə birgə
həyata keçirdikləri tədbirlərdən və
digər məsələlərdən danışdı.
Əldə olunan uğurlarla yanaşı, müəyyən
nöqsan və çatışmazlıqların da mövcud olduğunu
təəssüf hissi ilə bildirən idarə müdiri onların
aradan qaldırılması istiqamətində mühüm addımların
atıldığını dedi. çıxışında Azərbaycan
təhsilinin inkişafında, maddi-texniki bazasının möhkəmləndirilməsində
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın rolunu xüsusi qeyd edən
N.Rzaquliyeva görülən işlərin təhsil işçiləri
tərəfindən rəğbətlə qarşılandığını
bildirdi. Respublika Prezidenti cənab İlham Əliyevin
sərəncamına müvafiq olaraq bu il ölkəmizdə ilk
dəfə keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin əhəmiyyətinə toxunan
məruzəçi nəticələrin
ürəkaçan olduğunu söylədi. Qeyd etdi ki,
paytaxtın 14 məktəbi
50 ən yaxşı məktəb sırasına,
təhsil müəssisələrində dərs deyən 42 müəllim
isə 100 ən yaxşı müəllim sırasına
daxil olub. Bu münasibətlə bütün qalib məktəb
və müəllimləri təbrik edən N.Rzaquliyeva onlara
uğurlar arzuladı. O, çıxışının sonunda
Təhsil Nazirliyinin ötən ildə olduğu kimi, yeni
dərs ilində də problemlərin birlikdə aradan qaldırılmasında
onlara yaxından kömək göstərəcəyinə ümidvar
olduğunu bildirdi. Sonra konfransda məruzə ətrafında
çıxışlar oldu. "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi 46 nömrəli
məktəbin direktoru Sevinc Budaqova, 12 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbinin direktoru Elçin Mehdizadə, "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi 124 nömrəli
məktəbin müəllimi İlhamə Abdullayeva, Bakı
şəhəri 18 nömrəli orta məktəbin Valideyn-Müəllim
Assosiasiyasının prezidenti Azər Hətəmov,
qəbul imtahanlarında 700 bal toplamış Rəşad
Mirzəyev, Rüfət Babayev, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış
edərək məruzəyə münasibət bildirdilər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri N.Rzaquliyevanın məruzəsini özünün dolğunluğu,
əhatəliliyi, həmçinin burada mövcud problemlərin
geniş təhlilinin verilməsi baxımından müsbət
qiymətləndirdilər. çıxış edənlər ötən il
ərzində görülmüş işlərdən, həyata keçirilən
tədbirlərdən, əldə olunan
nailiyyətlərdən, qarşıda duran
vəzifələrdən də söz açdılar. Konfransın işində iştirak edən
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev son illər ölkəmizdə
təhsilin uğurla inkişaf etdiyini, məktəb
tikintisinin geniş vüsət aldığını
təqdirəlayiq hal kimi qiymətləndirdi. ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən
təhsilə göstərilən diqqətdən söz açan
icra hakimiyyəti başçısı bu sahədə qazanılan
uğurların günbəgün artdığını söylədi.
Sonra Azərbaycan müəllimlərinin XIII
qurultayına nümayəndələr seçildi. Konfransda təhsil naziri Misir Mərdanov çıxış
edərək bütün təhsil işçilərini qarşıdan
gələn "Bilik günü" münasibətilə
təbrik etdi. Nazir ölkədə təhsilin inkişafına
göstərilən dövlət qayğısını yüksək
dəyərləndirərək, bu sahədə aparılan
məqsədyönlü işlərin göz qabağında olduğunu
söylədi. Son illər təhsilin keyfiyyətinin yüksəldilməsi
istiqamətində bir çox mühüm tədbirlərin həyata
keçirildiyini deyən nazir hazırda təhsil müəssisələrində
tərbiyə məsələsinə diqqətin artırılmasının
zəruriliyini vurğuladı. Bu gün təhsil müəssisə
rəhbəri, müəllim, həmçinin şagirdlər
istər danışıq, istər geyim, istərsə
də davranışı ilə nümunə olmalıdır.
Müəllimlik peşəsi şərəflidir. Bu peşənin
şərəfini, müqəddəsliyini qoruyub saxlamaq
hər bir müəllimin özündən asılıdır.
Hər zaman müəllimə hörmətlə yanaşılıb.
çalışmalıyıq ki, həmin ənənə bu gün
də layiqincə davam etdirilsin. Təbii ki, öz işini
bilən, yüksək təşkilatçılıq
qabiliyyəti və nümunəvi davranışı ilə
seçilən təhsil müəssisələrində
təlim-tərbiyə məsələlərinə lazımınca
diqqət verildikdə orada bu məsələlər özünün
uğurlu həlli ilə hamının diqqətini çəkir.
Nazir hazırda belə
təhsil müəssisələrinin olduğunu
deyərək onlardan bir neçəsinin adını çəkdi.
Belə təlim-tərbiyə müəssisələrinin sayının
daha çox olmasını arzuladı. Məktəb-valideyn-şagird münasibətlərinə
toxunan təhsil naziri bu birgə işə münasibətin
əsaslı şəkildə dəyişilməsinin labüdlüyünü
təhsil işçilərinin diqqətinə çatdırdı.
Nazir hər bir valideynin öz övladının oxuduğu
məktəblə əlaqəsini artırmasını,
təhsil ocağının həyatında baş
verən proseslərdə yaxından iştirak etməsinin
vacib amillərdən biri olduğunu söylədi. Daha sonra orta məktəblərdə xarici
dillərin intensiv tədrisinə diqqətin artırılmasının
vacibliyindən söz açan nazir Misir Mərdanov artıq bu
istiqamətdə mühüm yeniliklərin edildiyini bildirdi. Təhsil naziri ötən dərs ilinin
təhsil işçiləri üçün xüsusilə yaddaqalan
hadisə və yeniliklərlə zəngin olduğunu
deyərək ölkə başçısı cənab İlham
Əliyev tərəfindən imzalanmış "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" mükafatlarının təsis
edilməsi haqqında 4 sentyabr 2007-ci il tarixli
sərəncamın geniş pedaqoji ictimaiyyət üçün mühüm
əhəmiyyət kəsb etdiyini söylədi. Fürsətdən istifadə edərək
təhsil naziri ölkə başçısı cənab İlham
Əliyevin 19 avqust 2008-ci il tarixli sərəncamı
ilə "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrində layiqli yer tutaraq mükafatlandırılan
bütün təhsil işçilərini təbrik edərək,
onlara ən xoş arzularını çatdırdı. çıxışında digər həlli
vacib məsələlərə də toxunan nazir
təhsil işçilərinə bir sıra dəyərli tövsiyələr
verdi. Sonda nazir Misir Mərdanov 2007-2008-ci
tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil
məktəbi", "Ən yaxşı müəllim"
müsabiqələrinin qalibləri sırasında olan paytaxtın
14 ümumtəhsil məktəbinin direktoruna və 42 müəllimə
sertifikatlar təqdim edərək onlara
fəaliyyətlərində uğurlar dilədi. Sonra konfransın qətnaməsi və iştirakçılar
adından ölkə başçısına müraciət
qəbul olundu. Konfrans Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin tabeliyində olan
məktəbəqədər və
məktəbdənkənar müəssisələrin istedadlı
uşaq və yeniyetmələrinin ifasında maraqlı
konsert proqramı ilə davam etdi.
Samirə KƏRİMOVA
Peşə təhsili işçilərinin konfransı keçirildi Bu
sahədə həyata keçirilən əsaslı islahatların
sürətləndirilməsinin zəruriliyi vurğulandı Sentyabrın 8-də 11 nömrəli Bakı Peşə
Liseyində peşə təhsili işçilərinin konfransı
keçirildi. Tədbirdə Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov, nazir müavini İsgəndər
İsgəndərov, Təhsil Nazirliyinin Texniki peşə
təhsili şöbəsinin müdiri Namiq Məmmədov, ölkənin
peşə təhsili müəssisələrinin
rəhbərləri və b. iştirak edirdilər. Konfransı
açan təhsil naziri Misir Mərdanov peşə təhsili işçilərini
yeni tədris ili münasibətilə təbrik etdi və
onlara işlərində uğurlar arzuladı. Son zamanlar ölkədə aparılan
sosial-iqtisadi islahatların peşə təhsilinin də müasirləşməsi,
maddi-texniki bazanın güclənməsi və peşə
təhsili sisteminin yeniləşməsi zərurəti
yaratdığını deyən nazir "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın
bu sahənin inkişafında əhəmiyyətli rol
oynayacağına əmin olduğunu bildirdi.
Sonra nazir Proqramın icrası istiqamətində görüləcək
işlərdən, peşə təhsili sistemi qarşısında
duran mühüm vəzifələrdən, peşə
məktəbi və peşə liseylərində bazar
iqtisadiyyatının tələblərinə uyğun kadr
hazırlığının vəziyyəti, onun yaxşılaşdırılması
ilə bağlı həyata
keçiriləcək tədbirlərdən, respublikanın ayrı-ayrı
bölgələrində yaradılacaq yeni peşə
təhsili müəssisələrindən və s. söz açdı.
Konfrans iştirakçılarının
diqqətinə çatdırıldı ki, peşə
təhsili müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi məqsədi
ilə 2008-ci ildə 7 peşə təhsili müəssisəsinin
əsaslı təmiri, 1 məktəbin isə yenidən
qurulması nəzərdə tutulmuşdur. Dövlət
Proqramı çərçivəsində ilk müasir tipli peşə
təhsili müəssisəsi - Qəbələ Turizm və
Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi yaradılmışdır.
Bu, son 10 ildə inşa edilən və müasir avadanlıqlarla
təchiz edilmiş ilk peşə təhsili müəssisəsidir.
Tədris binası, yeməkxana, laboratoriyalar, emalatxana,
yataqxana və tibb otaqlarının fəaliyyət göstərəcəyi
mərkəzdə 1-2 illik təhsillə yanaşı, qısamüddətli
kursların da təşkil edilməsi planlaşdırılıb.
Bundan əlavə, fasiləsiz
təhsil konsepsiyasına uyğun olaraq, istənilən yaş
həddində olanlar da peşə mərkəzində
arzularına müvafiq müxtəlif peşələrə
yiyələnmək imkanına malik olacaqlar. Mərkəz
regionda əmək bazarının araşdırılmasına,
digər məktəblərin mühəndis-pedaqoji
heyətləri üçün ixtisasartırma kurslarının
təşkil edilməsinə, regionda əmək bazarının
tələblərinə uyğun olaraq peşələrin
müəyyənləşdirilməsinə yardım
edəcəkdir. Təhsil naziri Dövlət Proqramına
əsasən daha bir neçə belə mərkəzin yaradılmasının
nəzərdə tutulduğunu bildirdi. Bütün bunlarla yanaşı, texniki peşə
təhsili sahəsində mövcud olan bir sıra
problemlərdən danışan Misir Mərdanov onların
aradan qaldırılması, bu sahədə əsaslı
islahatların həyata keçirilməsi məqsədilə
hər kəsin üzərinə düşən
məsuliyyəti dərk etməsinin vacibliyini vurğuladı. Daha sonra çıxış edən nazirliyin
Texniki peşə təhsili şöbəsinin müdiri Namiq
Məmmədov bu sahə ilə bağlı digər aktual
məsələlərə toxundu. Müzakirələr zamanı peşə
təhsili müəssisələri rəhbərlərinin
təklifləri səsləndi və onları maraqlandıran
suallara aydınlıq gətirildi. Sonda müəllimlərin
XIII qurultayına nümayəndələr seçildi. "İnteraktiv elm layihəsi"nin birinci mərhələsi başa çatdı Son dövrlər British Council təşkilatı
ölkəmizdə təhsil sahəsində müxtəlif
tədbirlər həyata keçirir. Bunlardan biri də "İnteraktiv
Elm layihəsi" çərçivəsində BP şirkətinin
maliyyə dəstəyi ilə bu təşkilatın
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Azərbaycan Müəllimlər İnstitutu və Böyük
Britaniyanın Təbiət Elmlərinin öyrənilməsi
üzrə Milli Mərkəzi ilə birgə reallaşdırdığı
"Azərbaycanda təbiət fənlərini tədris
edən müəllimlər üçün peşəkar hazırlıq
və kurrikulumun inkişafı üzrə proqram"dır. Əsas məqsədi 2012-2013-cü
illərdə orta məktəb səviyyəsində yeni
kurrikulumun həyata keçirilməsinə hazırlıq çərçivəsində
müxtəlif regionlarda çalışan müəllimlərə
təlim keçə biləcək bir qrup mütəxəssisi
hazırlamaqla etibarlı inkişaf modeli yaratmaq, hər bir
müəllimi interaktiv tədris metodları ilə tanış
edərək bütün ölkə üzrə orta
məktəblərdə təbiət fənlərinin
tədrisi səviyyəsini yüksəltmək olan
layihənin 3 mərhələdə həyata keçirilməsi
nəzərdə tutulub. ölkəmizin ayrı-ayrı şəhər
və rayonlarının ümumtəhsil
məktəblərində və pedaqoji kadrlar hazırlayan
ali təhsil müəssisələrində çalışan 52
müəllimin iştirak etdiyi 3 seminardan ibarət (25-28 aprel,
1-5 iyul, 1-5 sentyabr) I mərhələ artıq başa çatıb.
Sentyabrın 5-də "İrşad"
otelində bu münasibətlə təntənəli
mərasim keçirildi. Tədbiri açan British Council təşkilatının
Azərbaycan üzrə direktoru Nikol de Laluvyer mərasim iştirakçılarına
mart ayından başlayaraq layihə çərçivəsində
görülmüş işlər haqqında ətraflı
məlumat verdi. O, bu layihənin Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə British Council təşkilatı
arasında əməkdaşlıq əlaqələrinin
ən parlaq simvolu olduğunu qeyd etdi və göstərilən
əməli dəstəyə görə layihəyə qoşulmuş
təhsil müəssisələrinə təşəkkürünü
bildirdi. Xanım Nikol iştirakçı müəllimlərə
pedaqoji fəaliyyətlərində bu seminarların
səmərəsini hiss etməyi arzuladı. Sonra çıxış üçün söz Təhsil
Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsinin müdiri Fərzəli
Qədirova verildi. Layihənin I mərhələsinin uğurla
başa çatması münasibətilə təşkilatçıları
və müəllimləri təbrik edən F.Qədirov
təbiət fənlərinin tədrisində daha çox çətinliklər
mövcud olduğuna görə proqram çərçivəsində
mənimsənilmiş bilik və bacarıqların müəllimlərin
peşəkarlıq səviyyələrinin yüksəlməsində
əhəmiyyətli rol oynayacağına,
gələcəkdə bütün fənn müəllimlərinin
interaktiv biliklərə yiyələnəcəyinə ümid
etdiyini bildirdi. O, Təhsil Nazirliyinin BP-nin maliyyə
dəstəyi ilə görülən bu işi çox yüksək
dəyərləndirdiyini diqqətə çatdıraraq
layihənin uğurla həyata keçirilməsində rolu olan
hər kəsə minnətdarlığını bildirdi. Böyük Britaniyanın Təbiət
Elmlərinin öyrənilməsi üzrə Milli
Mərkəzinin beynəlxalq proqramlar üzrə koordinatoru
Mark Uindeyl bir neçə ay ərzində ünsiyyətdə
olduğu müəllimlərlə işbirliyindən çox
məmnun qaldığını dedi və onlara
gələcək pedaqoji fəaliyyətlərində uğurlar
dilədi. Mərasimin sonunda layihədə iştirak
etmiş müəllimlərə sertifikatlar təqdim olundu. Hicran ƏKBƏROVA
|