· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan müəllimlərinin qurultayları tarixindən

XI qurultayın gündəliyindən

 

Hər bir hadisə, hər bir fakt bu və ya digər özəl cəhəti ilə yadda qalır, seçilir. Bu fikir baxımından Azərbaycan müəllimlərinin XI ali məclisi bir neçə yöndən fərqli olmuşdur. Əvvəla, bu, müstəqillik qazanmış respublikanın təhsil işçilərinin qurultayı idi. İkincisi, ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni səsləndirilmişdir. üçüncüsü, ilk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Şurası seçilmişdir.

1998-ci il sentyabrın 25-də saat 10.00-da Respublika Sarayında işə başlamış ali məclisdə 1995 nəfər nümayəndə iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qurultaya təbriki oxunmuşdur.

Qurultaya xarici ölkələrdən çoxlu sayda təbriklər göndərilmiş, Azərbaycanda olan səfirliklərin nümayəndələri çıxış etmişlər.

Ali məclisin gündəliyinə görə, təhsil naziri, professor Misir Mərdanovun "Azərbaycan Respublikasında milli təhsilin inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə məktəbəqədər tərbiyə, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil, elmi-pedaqoji kadr hazırlığı istiqamətlərində uğurlardan danışılmışdır.

Məruzə ətrafında çıxışlar olmuşdur. Sonra mandat komissiyasının hesabatı dinlənilmişdir.

XI qurultayda ölkə başçısı Heydər Əliyev geniş və dərin məzmunlu nitq söyləmişdir. öz fəaliyyətinin təhsillə bağlı məqamlarını açıqlayan ümummilli lider müəllim əməyinə yüksək qiymət vermiş, qarşıdakı illərdə pedaqoji sahəyə qayğı və diqqətin daha da artırılacağını vurğulamışdır.

Qurultayda Təhsil Şurası seçilmiş, yekun sənədlər qəbul olunmuşdur.

 

XII qurultayın gündəliyindən

 

2003-cü il oktyabrın 4-də Respublika Sarayında XII qurultay öz işinə başlamışdır.

Ali məclisdə Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin icra aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, parlament üzvləri və başqa rəsmi şəxslər iştirak etmişlər.

Dövlət himni səsləndirildikdən sonra salona daxil olmuş şagirdlər bir neçə dildə qurultay iştirakçılarını salamlamışlar.

ölkə başçısı Heydər Əliyevin XII qurultaya təbrik məktubunu Prezidentin icra  aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxumuşdur.

Sonra bir sıra xarici ölkələrdən gəlmiş təbrik məktubları oxunmuş, əcnəbi dövlətlərin Azərbaycandakı səfirlərinin bir qrupu ali məclisi təbrik etmişdir.

Təhsil naziri, professor Misir Mərdanovun məruzəsində normativ-hüquqi bazanın yaradılması, ümumi orta təhsil, proqram və dərslik təminatı, texniki peşə təhsili, ali və orta ixtisas təhsili, diplomdansonrakı təhsil və kadr təminatı, ali məktəb elmi və elmi-tədqiqatlar, təhsilin iqtisadiyyatı və maliyyələşdirilməsi, maddi-tədris bazanın möhkəmləndirilməsi, təhsil sistemində beynəlxalq əlaqələr, məktəbəqədər təhsil və tərbiyə işinin təşkili, Azərbaycan hökuməti və Dünya bankı arasında imzalanmış kredit sazişləri məsələlərinin durumuna aydınlıq gətirilərək geniş təhlil verilmişdir.

Məruzə ətrafında ATU-nun rektoru Ə.Əmiraslanov, Naxçıvan MR-in təhsil naziri H.Cəfərov, MM-in Elm və təhsil məsələləri daimi komissiyasının sədri Ş.Əsgərov, MEA-nın müxbir üzvü V.Abbasov, ADPU-nun professoru M.Murğuzov, BDU-nun rektoru A.Məhərrəmov, Təhsil İslahatı üzrə layihənin icra qrupunun direktoru A.Cahangirov, İsmayıllı RTŞ-ın müdiri F.Bəşirov, Quba RTŞ-ın müdiri S.Aslanov, Ağdam rayonundakı 32 nömrəli köçkün orta məktəbin müəllimi L.Quliyeva, Bakıdakı 187 nömrəli məktəbin direktoru S.Zeynalova, Təhsil Problemləri İnstitutunun direktoru A.Mehrabov, Sumqayıt ŞTŞ-ın müdiri V.Bağırov, Lənkərandakı xarici dillər təmayüllü internat məktəbin direktoru M.Ağayev, Respublika Təhsil Şurasının sədri Ə.Ağayev, Gəncədəki 5 nömrəli orta məktəbin direktoru F.Nadirov və b. çıxış etmişlər.

Qurultay iştirakçıları mandat komissiyasının sədri N.Nəcəfovun hesabatını dinləmişlər. Ali məclis müvafiq yekun sənədləri qəbul etmişdir.