|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasında müasir
informasiya və kommunikasiya texnologiyalarını geniş
tətbiq etməklə vahid ümummilli təhsil mühitinin
yaradılması və əhalinin bütün
təbəqələri üçün keyfiyyətli təhsil almaq
imkanlarının təmin edilməsi məqsədi ilə
qərara alıram: 1. "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı" təsdiq edilsin
(əlavə olunur). 2. Bu sərəncamın 1-ci bəndi
ilə təsdiq edilmiş Dövlət Proqramının
əlaqələndirici orqanı Azərbaycan Respublikasının
Təhsil Nazirliyi müəyyən edilsin. 3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn
məsələləri həll etsin. 4. Bu sərəncam imzalandığı
gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2008-ci il |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycanın və Polşanın birinci xanımlarının görüşü İyunun
10-da "Gülüstan" sarayında Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda
keçirilən "Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi" mövzusunda
beynəlxalq forumda iştirak etmək üçün ölkəmizdə
səfərdə olan Polşa Prezidentinin xanımı
Mariya Kaçinski ilə görüşmüşdür.
|
İyunun
10-da Bakının "Gülüstan" sarayında Heydər
Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və
İSESKO-nun dəstəyi ilə
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq
forum çərçivəsində Gənclər Forumu keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirak etdikləri tədbirdə gənc qadınların cəmiyyət həyatının iqtisadi, mədəni, sosial və siyasi sahələrində rolunun genişlənməsi istiqamətində qanunların gücləndirilməsi, onların zorakılığın və ayrı-seçkiliyin bütün təzahürlərindən qorunması, gənc qadınların hüquqlarını müdafiə etmək üçün milli təsisatların və vətəndaş cəmiyyəti təşkilatlarının işinin təkmilləşdirilməsi, qadınların təhsili problemlərinin həlli, Gənclərin Sivilizasiya Alyansı çərçivəsində gənc qadınların qlobal mədəniyyətlərarası dialoqda fəallığının yüksəldilməsində gənclər təşkilatlarının təşəbbüskarlığının artırılması məsələləri müzakirə edilmişdir. |
Təhsil Nazirliyinin kollegiya iclasında Xəbər verdiyimiz kimi, iyunun 4-də
Təhsil Nazirliyi kollegiyasının iki iclası keçirilmiş
və hər iclasda iki məsələ müzakirə edilmişdir.
Həmin məsələlərin üçünün müzakirəsi
haqqında hesabat qəzetimizin ötən nömrəsində
oxuculara təqdim olunmuşdur. Kollegiya iclaslarında müzakirəyə
çıxarılan məsələlərdən biri də
"2006-2007-ci dərs ilində ümumtəhsil
məktəblərinin XI siniflərini "əla"
qiymətlər və fərqlənmə attestatı
ilə bitirmiş məzunların ali
məktəblərə qəbulu vəziyyəti" idi. Kollegiya iclasında təhsil naziri Misir
Mərdanov bildirdi ki, orta məktəbləri
"əla" qiymətlərlə bitirmiş və
fərqlənmə attestatı almış məzuların
son illər ali məktəblərə qəbul zamanı
zəif nəticələr göstərmələri ilə
bağlı Təhsil Nazirliyinin ünvanına tez-tez iradlar
səslənir. Ona görə də bu məsələnin araşdırılması
və müzakirə olunması zəruri sayılıb. |
Ali
təhsilin akkreditasiyasında Amerika təcrübəsi müzakirə
olundu
İyunun 9-da Təhsil Nazirliyində Amerika
Birləşmiş Ştatlarının təhsil
sahəsi üzrə bir qrup mütəxəssisindən
ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb
və onları nazirlikdə görməkdən məmnunluq
duyduğunu ifadə edib. ABŞ-ın Ali Təhsilin Akkreditasiyası
Şurası prezidentinin bu görüşdə iştirak
etdiyini vurğulayan nazir son illər ölkəmizdə
akkreditə üzrə aparılan işlər haqqında danışıb,
müvafiq qaydalar və əsasnamələrin hazırlandığını
diqqətə çatdırıb. Eyni zamanda nazir bu
sahədə ABŞ təcrübəsindən yararlanmağın
da əhəmiyyətini qeyd edib. Azərbaycanla ABŞ arasındakı mövcud əlaqələrdən söz açan Misir Mərdanov xeyli sayda azərbaycanlı gəncin qeyd olunan ölkədə müxtəlif proqramlar üzrə təhsil aldığını vurğulayıb. |
ABŞ-ın İndiana Universiteti ilə əlaqələr genişləndiriləcək İyunun
9-da təhsil naziri Misir Mərdanov ABŞ-ın İndiana
Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə
vitse-prezidenti cənab çarlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi
üzrə direktoru cənab Uilyam Fiermanla görüşüb. Misir Mərdanov qonaqları səmimi salamladıqdan
sonra İndiana Universiteti ilə mövcud olan əməkdaşlıq
haqqında məlumat verərək bildirib ki, bu təhsil
ocağının ölkəmizin bir neçə universiteti
ilə sıx əlaqələri vardır. Nazir ABŞ-a səfər zamanı İndiana Universiteti ilə yaxından tanış olduğunu qeyd edib və dünyanın bu kimi nüfuzlu universitetlərində azərbaycanlı gənclərin təhsil almasının əhəmiyyətini vurğulayıb. |
Təhsil naziri İSESKO-nun Baş direktoru ilə görüşüb İyunun 11-də təhsil naziri Misir
Mərdanov İSESKO-nun Baş direktoru cənab Əbdüləziz
bin Osman Əl-Tüveycrinin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb. Misir Mərdanov qonağı səmimi
salamlayaraq ona böyük hörmət və ehtiramını çatdırıb,
eyni zamanda Bakıda "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi"
mövzusunda keçirilən beynəlxalq forumun təşkilində
göstərdiyi dəstəkdən söz açıb. Nazir həmçinin
qonağın rəhbərlik etdiyi qurumda Azərbaycanın
aparıcı üzvlərdən birinə çevrildiyini qeyd
edib. Sonra nazir cari ilin oktyabrında islam ölkələrinin ali təhsil və elmi-tədqiqat nazirlərinin Bakıda keçiriləcək IV konfransına dair görüləcək işlərdən danışıb, hazırlıq işlərinin təşkilinə böyük önəm verdiyini açıqlayıb. |
Şagird və müəllimlər üçün yeni dərslik və vəsaitlər çap olunacaq Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bu il Təhsil Nazirliyində
dərsliklərin hazırlanıb
çap olunması ilə
bağlı görülmüş
işlərdən ətraflı danışaraq
bildirdi ki,
respublikanın ümumtəhsil məktəblərinin
I, III-XI sinifləri üçün
2008-2009-cu dərs ilinə 102 adda (81 adda dərslik, 21 adda
müəllim üçün vəsait) 4 milyon nüsxədən artıq
dərslik və müəllimlər üçün vəsait çap
olunacaqdır. O cümlədən, bura təlim Azərbaycan dilində aparılan ümumtəhsil məktəbləri üçün 62 adda ( 50 adda dərslik,12 adda müəllimlər üçün vəsait), təlim rus dilində aparılan ümumtəhsil məktəbləri üçün isə 40 adda dərslik və müəllimlər üçün vəsait ( 31 adda dərslik, 9 adda müəllimlər üçün vəsait) daxildir. |
Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı İyunun 6-da mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarına 50279
şagird cəlb olunmuş, onlardan 47780 nəfəri
imtahanda iştirak etmişdir. İmtahan vermiş şagirdlərin
37601 nəfəri bütün fənlərdən müvəffəq
olmuş, 5124 nəfəri 1 fəndən, 1791
nəfəri 2 fəndən, 2400 nəfəri isə 3
və daha çox fəndən "2" qiymət almışdır. 16.06.2008-ci il tarixində şagirdlərin yekun attestat qiyməti nazirliyin rəsmi İnternet səhifəsində (www.edu.gov.az) yerləşdiriləcəkdir. |
Bakı
Dövlət Universitetində semestr imtahanları davam edir Ali təhsil müəssisələrində
semestr imtahanlarını müşahidə etmək
məqsədilə yolumuzu Bakı Dövlət
Universitetinə saldıq. BDU-nun tədris işləri üzrə
prorektoru Vüsət Əfəndiyevin məlumatına görə
iyunun 3-də başlamış imtahanlarda gün
ərzində 2700-dən çox tələbə imtahan verir.
Bu günə qədər müvəffəqiyyət faizi 90 olmuşdur.
Boloniya prosesinə qoşulduğu və imtahanlar daha çox
monitorinq üsulu ilə verildiyi üçün BDU-nun müsbət
nəticələri xeyli dərəcədə artmışdır. |
Beynəlxalq
əməkdaşlığa həsr olunmuş seminar
İyunun 9-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda həmin müəssisənin və Ukrayna Respublikası Pedaqoji Kadrların Diplomdansonrakı Təhsili üzrə Kiyev Vilayət İnstitutunun əməkdaşlığına həsr olunmuş seminar keçirildi. |