· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Şagird və müəllimlər üçün yeni dərslik və vəsaitlər çap olunacaq

Təhsil Nazirliyinin Dərslik  və nəşriyyat şöbəsinin müdiri Faiq  Şahbazlı bu il Təhsil Nazirliyində dərsliklərin  hazırlanıb  çap olunması  ilə bağlı  görülmüş işlərdən  ətraflı danışaraq  bildirdi  ki, respublikanın ümumtəhsil məktəblərinin  I, III-XI sinifləri  üçün 2008-2009-cu dərs ilinə 102 adda (81 adda dərslik, 21 adda müəllim üçün vəsait) 4 milyon nüsxədən artıq  dərslik və müəllimlər üçün vəsait çap olunacaqdır.

 

O cümlədən, bura təlim  Azərbaycan  dilində  aparılan ümumtəhsil  məktəbləri üçün  62 adda ( 50 adda dərslik,12 adda müəllimlər üçün vəsait),  təlim  rus dilində  aparılan ümumtəhsil  məktəbləri  üçün isə  40 adda dərslik və müəllimlər üçün vəsait ( 31 adda dərslik, 9 adda müəllimlər üçün vəsait) daxildir.

Eyni zamanda  ümumtəhsil məktəblərinin I sinifləri üçün Milli Kurrikulumun tələblərinə uyğun olaraq  34 adda (13 adda dərslik, 21 adda müəllimlər üçün vəsait),  yəni təlim Azərbaycan dilində   aparılan ümumtəhsil məktəbləri üçün  20 adda (8 adda dərslik, 12 adda müəllimlər üçün vəsait),  təlim rus dilində aparılan  ümumtəhsil məktəbləri üçün isə 14 adda dərslik  və müəllimlər üçün vəsait (5 adda dərslik, 9 adda müəllimlər üçün vəsait)   dövlət hesabına çap olunaraq şagirdlərə pulsuz  veriləcəkdir.

Milli Kurrikulum əsasında I sinif  dərsliklərinin  və müəllimlər üçün vəsaitlərin hazırlanmasına,  nəşrinə və çapına dair "Dövlət satınalmaları  haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövri   mətbuatda ikimərhələli tender elan olunmuşdur ki,   bu da artıq yekunlaşmaq üzrədir. Daxil olan  əlyazma dərsliklərə Qiymətləndirmə Şurasında baxılmışdır.

Hazırda III-XI siniflər  üçün 68 adda (təlim  Azərbaycan  dilində  aparılan  ümumtəhsil məktəbləri  üçün 42 adda, təlim rus dilində aparılan  ümumtəhsil məktəbləri  üçün 26 adda) dərslik Təhsil Nazirliyində yaradılmış praktik  müəllimlərdən  ibarət  işçi qrupları  tərəfindən oxunur. Həmin dərsliklər də dünya təcrübəsi nəzərə alınmaqla  çapa hazırlanır.

Bəzi dərsliklər isə çap olunaraq Maddi Texniki Təchizat İdarəsinə verilmişdir və bu iş davam etdirilməkdədir.

      

 

 

"Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin  seçim  Qaydaları" təsdiq edilib

ölkəmizdə müxtəlif sahələr üzrə yüksək ixtisaslı  mütəxəssislərin  hazırlanması  məqsədi  ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 aprel 2007 -ci il tarixli  2090  nömrəli  sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici  ölkələrdə  təhsili üzrə  Dövlət Proqramı " və sərəncamın icrası  ilə  bağlı   Nazirlər  Kabinetinin  3 iyun  2008-ci il  tarixli  128 N-li   qərarı  ilə  "Xarici  ölkələrdə  təhsil alacaq  Azərbaycan gənclərinin seçim  Qaydaları" təsdiq  edilmişdir.

Nazirlər  Kabinetinin  qərarına  əsasən xarici ölkələrdə  bakalavr, magistr,elmlər namizədi, elmlər doktoru dərəcəsi  almaq istəyən  iddiaçıların seçilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən  aparılır və bu seçim Azərbaycan Respublikasının Prezidenti  yanında  Təhsil üzrə  Komissiya   tərəfindən  təsdiq olunur.

Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli 204 s N-li  qərarı ilə Azərbaycan  gənclərinin  xaricdə  təhsil  almaları  məqsədi  ilə  seçilmiş  ali təhsil müəssisələrinin siyahısı və onların xaricdə  təhsil almaları üzrə  prioritet sahə, ixtisas və proqramların siyahısı da  artıq təsdiq olunmuşdur.

Sənədə əsasən 24 xarici  dövlətin  ali məktəblərində  bakalavr pilləsi  üzrə  təhsil almaq imkanı vardır (Almaniya - 28, Avstraliya -21,  Avstriya -9, Böyük Britaniya - 40, Belçika - 6, çin - 11, İrlandiya - 4, İspaniya - 9,  İtaliya -19,  İsveçrə - 10, İsveç - 11, Cənubi Koreya - 8, Kanada - 15 ali məktəb  və s.).

Buraya gənclərin xaricdə təhsil almaları üzrə prioritet sahələr- sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, tikinti, təhsil, tibb, mədəniyyət, hüquq, xidmət, dövlət idarəetməsi daxildir.                                                                           

 

Şakir CƏFƏROV