Azərbaycan Texniki Universitetinin (AzTU ) rektoru Vilayət Vəliyev ali məktəbin Avrasiya çempionu adını qazanan 3-cü kurs tələbəsi Əli Hacıyev və məşqçisi Hikmət Mahmudovla görüşüb. V.Vəliyev qələbə münasibətilə təbriklərini çatdırıb və qarşıdakı yarışlarda AzTU tələbəsinə uğurlar arzulayıb.
Qeyd edək ki, Ə.Hacıyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan juboksinq citsu üzrə Avrasiya çempionatında ölkəmizi təmsil edib.
Çempionatda Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Rusiya və İranı təmsil edən idmançılar iştirak edib. Ə.Hacıyev 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalı və kəməri ilə mükafatlandırılıb, beləliklə Avrasiya çempionu adını qazanıb.