Samux rayon Zazalı kənd tam orta məktəbinin şagirdləri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsinə ekskursiya ediblər.

 

Ekskursiyanın təşkil edilməsində məqsəd dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə məktəbliləri daha yaxından tanış etmək olub.

 

Ekskursiya zamanı məktəblilər məqbərədə olan Nizami Gəncəvinin öz əl işlərindən ibarət yazı, “Xəmsə”sinin orjinal nümunəsi əsasında hazırlanmış kitab  nümunələri, yaşadığı dövrdə istifadə etdiyi libaslarla  tanış olub və  qəbrini ziyarət ediblər.

 

Nurəddin BABAYEV,

Samux Rayon Təhsil Şöbəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi