Göygöl rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində “Tariximiz və bugünümüz” adlı viktorina keçirilib.
Məqsəd şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, uşaqların keçilmiş mövzular üzrə biliklərinin aşkarlanması, diqqət, yaddaş və yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların komanda daxilində işləmək və bir-biri ilə əməkdaşlıq etmək bacarığının formalaşdırılmasıdır.
Viktorinada şagirdlər “Səma”, “Sülh”, “Günəş” adlı 3 qrupa bölünərək səsləndirilən sualları cavablandırıblar.
Sonda “Səma” komandası yarışın qalibi olub.
Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi