Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş əl işləri sərgisi keçirilib.
Sərgidə məktəbin bütün sinifləri öz əl işləri ilə təmsil olunub. Sərgiyə baxış keçirən münsiflər heyəti ən yaxşı əl işləri təqdim edən sinfi sərgi daxilində keçirilən “Ən yaxşı əl işi” müsabiqəsinin qalibi elan edib.
Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbirlər silsilə olaraq rayonun bütün ümumtəhsil məktəblərində davam edir.
Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi