Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə yeni, maraqlı layihəyə start verib.
Layihə çərçivəsində ilk olaraq Tərtər rayonu seçilib və burada əlilliyi olan uşaqlar üçün müxtəlif əyləncə, o cümlədən təlimlər təşkil edilib.
Universitetin İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin bir neçə üzvü Tərtərdəki Avrasiya Təlim Mərkəzində ilk təlimi ingilis dili və idman dərslərinə həsr ediblər. Universitetin tələbələri qruplara bölünərək dərslərdə iştirak edib, uşaqlara bilik öyrədib və onları əyləndiriblər.
Tərtər rayonunun cəbhəyanı kəndlərində yerləşən məktəblərdə oxuyan şagirdlərlə də görüş keçirilib və onlara bildirilib ki, bundan sonra həmin təhsil ocaqlarının şagirdlərinə həm dərs ləvazimatı sarıdan , həm də tədris prosesi ilə bağlı lazımi dəstək göstəriləcək.