Respublika Uşaq Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə “Yaşa” Mərkəzində “Kitabla sevinək – kitabla yaşayaq” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi yeniyetmələrin asudə vaxtlarından səmərəli istifadə etməsinə şərait yaratmaq, onların mütaliəyə marağını artırmaqdan ibarət olub.
“Kitabxana və Könüllülər - yeni imkanlar məkanı” layihəsi çərçivəsində baş tutan tədbirdə kitabxananın direktoru Şəhla Qəmbərova Beynəlxalq Kitab Bağışlama Günü haqqında söhbət açıb.
Sonda kitabxana tərəfindən 150-dən çox kitab və jurnal “Yaşa” Mərkəzinə hədiyyə edilib.
Sifai SƏFƏROVA