Fevralın 12-də  istedadlı şagirdlər üçün xüsusi siniflərdə 1-ci səviyyə üzrə  müəyyənləşdirmə imtahanı keçirilib. İmtahanda respublikanın müxtəlif rayonlarında (şəhərlərində) 82 məktəbdə, 162 xüsusi sinif üzrə, ümumilikdə 4000-ə yaxın şagird iştirak edib. İmtahanın keçirilməsində əsas məqsəd xüsusi siniflər üçün tərtib olunan proqram üzrə  dərslərin mənimsənilmə səviyyəsini müəyyənləşdirməkdir.


Qeyd edək ki, “İstedadlı şagirdlər üçün xüsusi siniflər” Təhsil nazirinin müvafiq əmrinə əsasən  yaradılıb. 2018-2019-cu tədris ilində Bakı şəhərində 18, digər rayon və şəhərlərdə  29 məktəbdə olmaqla, ümumilikdə  47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə  60 xüsusi sinif təşkil olunub. 7-ci siniflər üzrə Riyaziyyat-informatika təmayüllü siniflər, 8-ci siniflər üzrə təbiət elmləri təmayüllü siniflər yaradılıb.

 

Beləliklə,  47 rayonda, 82 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.

 

Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlanmasını təmin etməkdir.