İstedadlı şagirdlər üçün xüsusi siniflər | |
Fevralın 12-də istedadlı şagirdlər üçün xüsusi siniflərdə 1-ci səviyyə üzrə müəyyənləşdirmə imtahanı keçirilib. İmtahanda respublikanın müxtəlif rayonlarında (şəhərlərində) 82 məktəbdə, 162 xüsusi sinif üzrə, ümumilikdə 4000-ə yaxın şagird iştirak edib. İmtahanın keçirilməsində əsas məqsəd xüsusi siniflər üçün tərtib olunan proqram üzrə dərslərin mənimsənilmə səviyyəsini müəyyənləşdirməkdir.
Beləliklə, 47 rayonda, 82 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.
Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlanmasını təmin etməkdir.
|
|
13.02.2020 | 18:00 | |
|
|
|