Aprelin 11-də Bakıda "Xoşbəxt və uğurlu uşaq yetişdirməyin modeli" adlı Beynəlxalq seminar təşkil olunacaq. Teaching Advancement Matrix (TAM) tərəfindən təşkil olunan və  Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən dəstəklənən seminarda xoşbəxt və uğurlu uşaqlar yetişdirməyin modeli təqdim ediləcək.


Seminarda Türkiyədən dəvət edilən tanınmış pedaqoq-alim, Kembric (doktorantura), Harvard (magistratura),  Boğaziçi (bakalavr) universitetlərinin təhsil fakültəsinin məzunu, "Məni mükafatla cəzalandırma" adlı kitabı ilə Türkiyədə məşhurluq qazanan  doktor Özgür Bolat seminardakı çıxışında xoşbəxt və uğurlu uşaq yetişdirməklə bağlı praktik təkliflər səsləndirəcək, yeni vizyon formalaşdıracaq, uşaq təhsili ilə bağlı bildiklərimizi dəyişəcək, doğru saydığımız yanlışlıqları göstərəcək.

 

Seminarda həmçinin, UNİCEF Azərbaycan Nümayəndəliyinin Təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, TAM Teaching Advancement Matrix-in baş direktoru, təhsil meneceri Cəfər Mənsimi çıxış edəcəklər.


İştirakçılara beynəlxalq sertifikat veriləcək. Seminarda iştirak üçün  https://forms.gle/9rt46V1V6dZLs6bBA səhifəsində qeydiyyatdan keçmək lazımdır.
Qeyd edək ki, “Özünü TAM-amla” şüarı ilə yola çıxan TAM fəlsəfəsinə görə, cəmiyyəti TAM-amlayan ən önəmli vasitəçi müəllimdir. Müəllimin məqsədinin reallaşması üçün öncə onun özünü TAM-amlaması lazımdır. Bunun üçün müəllim özünün, eləcə də şagirdinin TAM-ını bilməlidir. Yalnız belə olduqda effektiv öyrənmə reallaşır.

 

Bu fəlsəfə ilə formalaşan TAM-ın (Teaching Advancament Matrix) əsas məqsədi müəllim peşəkarlığını yüksəltmək, müəllimlərin şəxsi və pedaqoji inkişafını dəstəkləmək, yerli və beynəlxalq təhsil işçilərinin əməkdaşlıq və təcrübə mübadiləsini təşkil etmək, müəllimlərin özlərini inkişaf etdirməsinə şərait yaratmaq, təhsildə kreativ yanaşmaları artırmaqdır.


TAM-ın simvolu nar çiçəyidir. TAM komandasına görə, nar çicəyi dinamikliyi və tamlığı əks etdirir.

 

Oruc MUSTAFAYEV