Xoşbəxt və uğurlu uşaq yetişdirməyin modeli | |
Aprelin 11-də Bakıda "Xoşbəxt və uğurlu uşaq yetişdirməyin modeli" adlı Beynəlxalq seminar təşkil olunacaq. Teaching Advancement Matrix (TAM) tərəfindən təşkil olunan və Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən dəstəklənən seminarda xoşbəxt və uğurlu uşaqlar yetişdirməyin modeli təqdim ediləcək.
Seminarda həmçinin, UNİCEF Azərbaycan Nümayəndəliyinin Təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, TAM Teaching Advancement Matrix-in baş direktoru, təhsil meneceri Cəfər Mənsimi çıxış edəcəklər.
Bu fəlsəfə ilə formalaşan TAM-ın (Teaching Advancament Matrix) əsas məqsədi müəllim peşəkarlığını yüksəltmək, müəllimlərin şəxsi və pedaqoji inkişafını dəstəkləmək, yerli və beynəlxalq təhsil işçilərinin əməkdaşlıq və təcrübə mübadiləsini təşkil etmək, müəllimlərin özlərini inkişaf etdirməsinə şərait yaratmaq, təhsildə kreativ yanaşmaları artırmaqdır.
Oruc MUSTAFAYEV |
|
12.02.2020 | 13:04 | |
|
|
|