Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Kompleksində gənclər arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib. İki gün davam edən paytaxt birinciliyində 25 klubdan 217 gənc cüdoçu (191 oğlan və 26 qız) medallara  sahib olmaq üçün əzmkarlıq  göstəriblər.  

 

Yarışın ilk günlərində oğlanlar dörd çəki dərəcəsində mübarizə aparıblar. Bütün rəqiblərinə qalib gələn Sadiq Cəlalov (55 kq), Nihad Ələsgərli (66 kq), Məhərrəm İmamverdiyev (81 kq), Ruslan Nəsirli (100 kq) Bakı birinciliyinin qalibi adını qazanıblar.

 

Mübarizə ruhlu qızlar arasında isə üç çəki dərəcəsində qaliblər müəyyən edilib. Fəxri kürsünün ilk pilləsində Əsma İbrahimova (44 kq), Mələkxanım Məmmədova (52 kq) və Leyla Hüseynova (63 kq) qərarlaşıblar.

 

Sifai SƏFƏROVA