Xətai Sənət Mərkəzində “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutub. Sərgi-plenerdə seçilən rəsmlərin müəllifləri diploma, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnaməyə layiq görülüblər.
Qeyd edək ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, habelə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində eçim 12 yaşa qədər, 12-17 yaşarası kateqoriya üzrə aparılıb. Oz duyğu və fantaziyaları ilə işlənən rəsm əsərlərində uşaqlar vətənpərvərlik mövzusuna daha çox üstünlük veriblər. Yaradıcılıqlarından məharətlə istifadə edən məktəblilər istedad və bacarıqlarını nümayiş etdiriblər.
Sifai SƏFƏROVA