Naxçıvan Gənclər Fondunda 2 fevral Gənclər Günü münasibətilə Naxçıvan Dövlət Universiteti (NDU) tələbələri arasında “Xəmsə” intellektual oyunu keçirilib.

 

NDU Tələbə Gənclər təşkilatının sədri Zümrüd Səfərova ilə fakültələrin tələbə gənclər təşkilatı rəhbərlərinin birgə layihəsi əsasında keçirilən yarışın məqsədi gənclərin intellektual dünyagörüşünü inkişaf etdirmək, asudə vaxtının səmərəli təşkilinə nail olmaqdır. Z.Səfərova bütün gəncləri fəal olmağa çağırıb, onlara yarışın qaydalarını izah edib.

 

İntellektual oyunun nəticələrinə görə, universitetin iqtisad fakültəsi qalib gəlib. Tarix-filologiya fakültəsi II, beynəlxalq münasibətlər və xarici dillər fakültəsi isə III yerə çıxıblar.

 

Qeyd edək ki, suallar  Azərbaycan Respublikasının daxili və xarici siyasəti, muxtar respublikada gənclər siyasəti haqda olub.