Qaradağ rayonu 184 nömrəli tam orta məktəbin pedaqoji kollektivi üçün “İlk tibbi yardım” təlimi keçirilib.
Layihənin martın 18-dək davam edəcəyinin deyən “Xeyirxah Platforması” təşkilatının nümayəndəsi Mətanət Novruzova bildirib ki, məqsəd insanlara bədbəxt hadisələr zamanı kömək edərkən ilk tibbi yardım üsullarını öyrətmək, beləliklə, təhlükəli vəziyyətlərə hazırlıqlı olmaqdan ibarətdir.
Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Mərkəzi Gömrük Hospitalının fəaliyyət istiqamətləri, endirimli aksiyaları və sosialyönümlü layihələrinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Yadda saxlamaq lazımdır ki, düzgün aparılan ilk yardım xəstəliyin inkişafını ləngidir, gələcək ağırlaşmaların qarşısını alır.
Sifai SƏFƏROVA