Şəki şəhər 1 nömrəli tam orta məktəbdə təhsil şöbəsinin təşkilatçılığı və Şəki Rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyək və onun törətdiyi bəlalar”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Şəki Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin direktoru Tahirə Cabbarova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Qeyd olunan mövzular ətrafında çıxışlar edilib, zəruri məlumatlar verilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Sonda məktəbin direktoru Tahirə Cabbarova bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.
Mahal MƏMMƏDOV,
Şəki Şəhər Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi