Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan 29 nəfər ibtidai sinif müəlliminə sertifikatlar təqdim edilib.
Təqdimatda institutun və Naxçıvan Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.
Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzov institutda diplomdan sonrakı təhsilin təşkili yollarından, Naxçıvan Təhsil Nazirliyi ilə bu sahədəki əməkdaşlıqdan və təlimin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, ibtidai sinif müəllimləri üçün təşkil edilən kurs “İbtidai siniflərdə ana dili fənnindən şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi yolları” mövzusuna həsr olunub.
Sonda müvəffəqiyyət qazanan kurs iştirakçılarına sertifikatlar təqdim edilib.