Paytaxt məktəbliləri Bakıda keçirilən budo döyüş növləri üzrə dünya kuboku turnirində parlaq uğurlar qazanıblar.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 180 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Mustafa Məmmədzadə, 7-ci sinif şagirdi Rəsul Şirvanlı I, 6-cı sinif şagirdləri Elmir Bəşirli və Rəvan Şahverdiyev, 2-ci sinif şagirdləri Kərəm Şükürov və Orxan Ağazadə, 1-ci sinif şagirdi Turan Əli II, 4-cü sinif şagirdləri Emil Şükürov və Zaur Ağazadə III yerə layiq görülüblər. Qalib məktəblilər diplom və medalla təltif olunublar.
Qeyd edək ki, turnirdə 14 ölkədən 900-ə yaxın idmançı iştirak edib.