2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kimya-texnologiya dərnəyinin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) ekskursiya ediblər.
İnstitutun direktoru, akademik Vaqif Abbasov şagirdlərə elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən yeniliklər barədə danışıb. Akademik məktəblilərə dəyərli tövsiyələr verib, bildirib ki, elm və təhsilin inteqrasiyası yüksəkixtisaslı kadrların yetişməsinə imkan yaradır.
Şagirdlər akademik Yusif Məmmədəliyevin memorial muzeyi ilə də tanış olub. Muzeyin direktoru Reyhan Əliyeva alimin həyatı və elmi fəaliyyətindən məktəblilələrə geniş bəhs edib.
Sifai SƏFƏROVA