Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil müəssisələrinin şagirdləri arasında şahmat festivalının final yarışlarına yekun vurulub.

 

Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən yarışlara 400-ə yaxın şagird qatılıb. Şəxsi xarakter daşıyan yarış İsveçrə sistemi üzrə keçirilib, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olub.

 

2, 3 və 4-cü siniflər üzrə şəxsi yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutan məktəblilər diplom, medal və qiymətli hədiyyələrlə, fərqlənən şahmatçılar isə diplomla təltif olunub.

 

Qeyd edək ki, festivalın I mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan beş yüzə yaxın pilot məktəbdən üç min nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb.