İmişli rayonunun ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada test üsulu ilə yoxlama (sınaq) imtahanı keçirilib.

 

Beş mərkəzdə keçirilən sınaq imtahanı rayon təhsil şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə aparılıb.

 

İmtahanda rayon üzrə IX siniflərdə təhsil alan 1284  şagirddən 1156-sı  iştirak edib.

 

İmtahanın keçirilməsində məqsəd IX sinif məzunlarının bilik səviyyəsini, pedaqoji kollektivlərin, o çümlədən müəllimlərin fəaliyyətini qiymətləndirmək və real vəziyyəti bir daha müəyyən etməkdir.  Eyni zamanda hədəf, məsuliyyətin artırılması, təhsilin inkişafı və builki buraxılış imtahanlarında nəticələrin yüksəlməsinə nail olmaqdır.

 

İkinci yarımildə rayon üzrə müxtəlif mövzularda bu formatda monitorinqlərin təşkili nəzərdə tutulur.

 

Şakir CƏFƏROV