Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sırası genişlənməkdədir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 270 nömrəli tam orta məktəbin V sinif şagirdi Cansu Əhmədzadə karate üzrə Gürcüstanda keçirilən beynəlxalq turnirdə qalib gələrək Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib. Bu qalibiyyətinə görə Cansu Əhmədzadə qızıl medal və diplomla mükafatlandırılıb.
Paytaxtdakı 25 nömrəli tam orta məktəbin X sinif şagirdi Sübhan Əsgərov cüdo idman növü üzrə 60 kiloqram çəki dərəcəsində Türkiyədə keçirilən beynəlxalq yarışda qalib gəlib. Sübhan Əsgərov bu qalibiyyətinə görə qızıl medal və diplomla mükafatlandırılıb.
13 nömrəli tam orta məktəbin XI sinif şagirdi Zaur Məmmədov karate üzrə Azərbaycanda keçirilən açıq Avropa çempionatında 70 kiloqram çəki dərəcəsində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbli qızıl medal və diploma layiq görülüb.
Eyni yarışda uğurla çıxış digər məktəbli isə 191 nömrəli tam orta məktəbin IV sinif şagirdi Şükran Həsənovdur. Belə ki, Şükran Həsənov karatenin iki növü üzrə 35 kiloqram çəki dərəcəsində nümunəvi çıxış edərək II yerə layiq görülüb. Məktəbli gümüş medal və diplomla mükafatlandırılıb.