Məzun olacaq tələbələrin əmək bazarına inteqrasiya edilməsi məqsədilə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin bir sıra ixtisas qrupları üzrə təhsil alan tələbələri üçün təcrübə təşkil edilib. Belə ki, mərkəzin tələbələri  Gəncə Cihazqayırma Zavodunda təcrübəyə başlayıblar.

 

Məlumat üçün bildirək ki, Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin modernləşdirilməsi prosesi uğurla davam edir. Bu layihəyə Avropa İttifaqı maliyyə dəstəyi verir və BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilir.

 

Layihədə məhz ona önəm verilir ki, işəgötürən təşkilatlarla əməkdaşlıq inkişaf etdirilsin, bunun nəticəsində təhsil alan tələbələrin nəzəri bilikləri ilə yanaşı, həm də praktiki bilikləri atmış olsun.

 

Gəncə Cihazqayırma Zavodunda təşkil edilən təcrübə də məhz bu məqsədə xidmət edir.