Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Продуктивная толща Азербайджана” kitabının təqdimatı keçirilib.

 

Bu maraqlı nəşr  100 ildən artıq  tədqiqat obyekti olan Azərbaycanın məhsuldar neft qatının  geologiyasına həsr olunub.

 

Kitab AMEA-nın   Geologiya və Geofizika İnstitutunun  direktoru, akademik Akif Əlizadə, akademik İbrahim Quliyev, akademik, ADNSU-nun professoru Pərviz Məmmədov, akademik Əkbər  Feyzullayev, AMEA-nın müxbir üzvüləri - elmlər doktorları Elmira Əliyeva və  Dadaş Hüseynovun birgə əməyi sayəsində kompleks tədqiqat nəticəsində ərsəyə gəlib.

 

Tədbirdə məlumat verilib ki, fundamental elmi əsər olan bu kitab 2 cilddən, 16 fəsildən ibarətdir.