Məhsuldar neft qatının geologiyası ilə bağlı nəşr | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Продуктивная толща Азербайджана” kitabının təqdimatı keçirilib.
Bu maraqlı nəşr 100 ildən artıq tədqiqat obyekti olan Azərbaycanın məhsuldar neft qatının geologiyasına həsr olunub.
Kitab AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, akademik İbrahim Quliyev, akademik, ADNSU-nun professoru Pərviz Məmmədov, akademik Əkbər Feyzullayev, AMEA-nın müxbir üzvüləri - elmlər doktorları Elmira Əliyeva və Dadaş Hüseynovun birgə əməyi sayəsində kompleks tədqiqat nəticəsində ərsəyə gəlib.
Tədbirdə məlumat verilib ki, fundamental elmi əsər olan bu kitab 2 cilddən, 16 fəsildən ibarətdir. |
|
16.01.2020 | 18:30 | |
|
|
|