Şəki rayonunun Cumakənd, Baltalı və Qumux kəndlərində tam orta məktəblər üçün dövlət vəsaiti hesabına 432, 360 və 132 şagird yerlik yeni binaların tikintisinə başlanılıb. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən hər üç məktəb binasının növbəti dərs ilinin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə Şəki Şəhər Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu təhsil ocaqları indiyədək uyğunlaşdırılmış, uzun illər istifadə edildiyindən son vaxtlar yararsız vəziyyətə düşmüş binalarda fəaliyyət göstərib. Müasir standartlara uyğun inşa edilən yeni məktəb binalarının hər üçü ikimərtəbəlidir. Hazırda məktəb binalarının tikintisində bünövrənin qazılması və betonlanması işləri görülür.
Ümumiyyətlə, son illər rayonda 40-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 11 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.
Azərtac