Lənkəran Dövlət Universitetində (LDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişi canlı izlənilib.
Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik etdiyi İctimai Şura üzvlərinin bir qrupu –Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov universitetin tədris korpuslarına baş çəkərək , imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar.
Onlar Operativ Qərargahın və Apelyasiya komissiyalarının fəaliyyəti ilə də yaxından tanış olublar.
Eyni zamanda, İctimai Şura üzvlərinə LDU-nun təhsil həyatı, burada professor-müəllim -tələbə heyəti üçün yaradılan şərait, son ildə tədrisin modern təşkili , universitetin yenilənmiş maddi-texniki bazası,yardımçı təsərrüfatı ilə bağlı son yeniliklər barədə ətraflı məlumat verilib.
İmtahanların gedişi ilə tanışlıqdan sonra İctimai Şura üzvlərini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.
Universitet rəsmisi şura üzvlərinin imtahanların gedişi ilə bağlı təəssüratlarını dinləyib, təklif və rəylərinə münasibət bildirib.