Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə 9 May  Qələbə Gününə  aid tədbir keçirilib. Tədbirdə  rayon təhsil şöbəsinin əməkdaşları,  müəllimlər, valideynlər və başqa  qonaqlar iştirak ediblər. Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi  Nəcibə Vəliyevanın verdiyi məlumata görə, tədbirdə Vətən uğrunda canlarını qurban vermiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Təhsil şöbəsinin müdiri Kamran Abbasov  İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulayıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edib. 

 

Sonra şagirdlər şeir söyləyib, mahnı oxuyub və ədəbi-bədii kompozisiya nümayiş etdiriblər

 

Şakir CƏFƏROV