Azərbaycan Texniki Universitetində (AzTU) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyası keçirilir.
İmtahanlar yazılı və test formalarında aparılır.
Auditoriyalarda imtahanın gedişini izləyən rektor Vilayət Vəliyev tələbələrlə söhbət edib, onların problemləri ilə maraqlanıb.
Yanvarın 7-dən başlayan, fevralın 7-dək davam edəcək sessiya imtahanlarında hər hansı səbəbdən iştirak edə bilməyən tələbələr (magistrantlar) ərizə ilə müraciət edərək fevralın 15-dək həmin fənlərdən imtahan verə biləcəklər.