Bərdə şəhər 7 nömrəli tam orta məktəbdə VIII siniflər arasında tarix fənni üzrə “Bilik yarışı” keçirilib.
Yarışda 3 sinifdən 18 şagird iştirak edib. Şagirdlər bir-birindən maraqlı suallar, cavablar, mülahizələr və fikirlər söyləyib. Onlar suallara düzgün və ətraflı cavab verməyə çalışıblar.
Məktəbin şagird və müəllimləri yarışı maraqla izləyiblər.
3 mərhələ üzrə keçirilən yarışda şagirdlərin sərbəst fikir yürütmələri, çətin suallara verdikləri dolğun cavablar onları təəccübləndirib.
İntellektual bilik yarışında məktəbin VIII a sinfinin “Odlar yurdu” komandası sualların çoxuna cavab verərək birinci yerə layiq görülüb.
Zövqiyyə ƏSƏDOVA,
Bərdə Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi