Lənkəran Dövlət Universitetində (LDU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2020-ci il münasibəti ilə “Yeni il karnavalı” keçirilib.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başa çatmaqda olan ilin yekunlarından, 2020-ci ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətində uğurlar arzu edib.
Tədbirdə 2019-cu ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən yubilyar müəllimlərə, tələbələrə,idmançılara fəxri-fərman,təşəkkürnamə və pul mükafatları təqdim edilib.
Şaxta baba, Qar qızın qonaq olduğu “Yeni il karnavalı” şən mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, bayram ovqatlı zarafatlarla yaddaqalan olub və iştirakçılara xoş bayram əhval- ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə LDU-nun bütün kollektivinə pul mükafatları verilib.