Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) rəqs kollektivi Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq müsabiqə-festivalda iştirak ediblər.

 

20-dən çox ölkənin qatıldığı “Nevada nağıllar” adlı xoreoqrafik festivalda 5 nömrəli UGİM-in “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri Aylin Əliyeva, Tomiris Hətəmzadə, Kamilə Haşımova, Fidan Əzizova, Nərgiz Məmmədova, Aylin Hüseynli, Səma Hüseynzadə və Mədinə Səmədova uğurlu çıxışlarına görə müvafiq yerləri (I, II, III) tutublar. Dərnək üzvlərinin “Qaval”, “Yallı” və “Buz kraliçası” nağılı əsasında hazırlanmış rəqs kompozisiyası böyük maraqla qarşılanıb.

 

Səfər çərçivəsində məktəblilərin Sankt-Peterburq şəhərinin tarixi və  görməli yerlərinə ekskursiyaları da təşkil olunub. Ermitaj və “Qrand Maket Rusiya” muzeylərində olan şagirdlər Rusiyanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.