Naxçıvan Dövlət Universiteti Elektroenergetika ixtisası tələbələrinin Almaniyada təlimi başa çatıb.

 

Bu məqsədlə universitetdə təşkil edilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edib. Rektor bu cür təlimlərin tələbələrin gələcəkdə peşəkar kadr kimi formalaşmasında rolundan danışıb. Tələbələrə təlimdə yaxşı iştirak etdiklərinə görə təqdim edilən sertifikatların gələcək peşə karyerasında  əhəmiyyəti vurğulanıb.

 

Keçdikləri təlim üzrə çıxış edən tələbələr Almaniyada gördüklərinin onlar üçün böyük təcrübə olduğunu qeyd edib, yaradılan şərait, dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.  

 

Məlumat üçün qeyd edək ki, “Pure Energy Development” SARL şirkətinin Almaniyanın Wismar şəhərindəki fabrikində keçirilən təlimdə universitetdən 7 nəfər tələbə və bir müəllim iştirak edib.

 

Rektor tələbələrin təlimdə iştirakını universitetə göstərilən yüksək dövlət dəstəyi hesab edib,  gənclərə bu qayğını layiqincə qiymətləndirməyi və əsl peşəkar kadr kimi formalaşmağı  tövsiyə edib.