Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə akademiyanın tam və orta məktəbinin şagirdləri milli və klassik rəqs nömrələri nümayiş etdiriblər. Həmçinin BXA-da Əminə Dilbaziyə həsr olunan sərgi də açılıb. Sərgidə sənətkara məxsus səhnə geyimləri və aksesuarlar, rəssamlar tərəfindən yaradılan portret və xalça, onun haqqında yazılan kitablar, məqalələr, fotomateriallar və digər əşyalar iştirakçılarda xoş ovqat yaradıb.
Sonra BXA-nın rəhbərliyi, professor-müəllim, tələbə heyəti, magistrant və doktorantlar, sənətkarın ailə üzvləri, elm, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə elmi sessiya keçirilib.
Sifai SƏFƏROVA