Bakı İdarəetmə və Texnologiya Kollecində metodiki işlərə, o cümlədən “açıq dərs”lərin keçirilməsinə geniş yer verilir. Kollecdə fənn müəllimlərinin dərsləri müntəzəm dinlənilir və yüksək səviyyədə təhlil olunur.
İş planına əsasən elə bu günlərdə kollecin riyaziyyat müəllimi Gülər Ağazadənin Ali riyaziyyatın əsasları fənnindən A-151 qrupunda “Müəyyən integral və müəyyən integralın hesablanması” mövzusunda “açıq dərs”inin keçirilməsi buna real sübutdur.
Dərsə başlamazdan əvvəl Dövlət himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş etdirildi.
Sonra Gülər Ağazadə “açıq dərs”ə keçid aldı. Dərsdə tələbələr 2 komandaya bölündü. Birinci komanda “Birinci integral”, İkinci komanda isə “Qeyri-müəyyən integral” adlandırıldı. Komandalar arasında 3 yarışma keçirildi. Yarışmada komandanın üzvlərinə müxtəlif suallar təqdim olundu.
Nəticədə yarışmada fərqlənən tələbələrə mükafatlar təqdim edilir.
Sonrakı mərhələdə “açıq dərs”in təhlili keçirildi. Kollecin direktoru, fəlsəfə doktoru Faiq Şahbazlı dərs barəsində fikrini bildirdi. Qeyd etdi ki, Gülər Ağazadənin “açıq dərs”i adından göründüyü kimi keçirilən digər “açıq dərs”lərdən fərqlidir. Müəllim dərsdə müasir dəsə verilən tələbləri gözləməklə, əyani vəsaitdən istifadəyə geniş yer verdi. Fənlərarası əlaqə yaratdı. Ən əsası qrupda tələbələrin fəallığını təmin edə bildi.
Sonra dərsdə iştirak edən riyaziyyat müəllimlərindən Əbülfəz Orucov, Ramal Əməşov, Gültəkin Zeynalova və başqaları da dərslə bağlı fikirlərini söylədilər.
İlahə ORUCOVA,
Bakı İdarəetmə və Texnologiya Kollecinin metodisti