Naxçıvan Müəllimlər İnstitutunda “Tələbə gənclər və mütaliə: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutun prorektoru Azad Novruzov mütaliə üçün muxtar respublikada, o cümlədən institutun kitabxanasında yaradılan şəraitdən danışıb, ali məktəbin kitabxanasının daima zənginləşdirilməsinin Naxçıvan Ali Məclisinin diqqət mərkəzində olduğunu, təkcə bu il 1124 ədəd kitabın kitabxanaya hədiyyə olunduğunu xüsusi vurğulayıb.
Prorektor milli və xarici ədəbiyyatların çapına dövlət qayğısından, gənclərin oxuması, mütaliəsi üçün yaradılan əlverişli şəraitdən, savadın cəmiyyətin inkişafındakı rolundan, gənc nəsildə mütaliə vərdişlərinin aşılanmasında bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Sonra institut kitabxanasının müdiri Şəfayət Sadiqova, Naxçıvan Dövlət Universiteti kitabxanasının müdiri Fariz Əhmədov çıxış edərək, kitabxanaların və kitab oxumağın əhəmiyyətindən danışıblar.