Sumqayıt şəhərində 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbində 8-16 yaşlı oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.Yarışda Ümüd Allahverdi (8 yaş), Əziz Cəfərli (10 yaş), Tunar Babayev (12 yaş), Əli Həsənov (14 yaş) oğlanlar, Leyla Mirzəliyeva (8 yaş), Nuray Yarəliyeva (10 yaş), Aytac Kərimli (14 yaş), Ümman Nəbiyeva (16 yaş) isə qızlar arasında şəhər birinciliyinin qalibi olublar.
Qeyd edək ki, yarışda ilk üç yeri tutan idmançılar gələn ilin yanvarında keçiriləcək Azərbaycan birinciliyinin seçmə yarışlarında iştirak etmək hüququ qazanıblar.
Sifai SƏFƏROVA